
Smartfon oğrusunu izləyərək onun haqqında sənədli film hazırladı (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Orkhan
Hollandiyadan olan tələbə, iki həftə ərzində oğrunun zənglərini dinləyərək və videosunu çəkərək onu izləyib.
Alınmış materiallardan o, sənədli film hazırlayıb. Bu
qeyri-adi əhvalat, Amsterdamda nahar yeməyi zamanı Anthony van der Meer-in iPhone cihazının oğurlanmasından sonra baş verib. O, oğurluq hadisəsi ilə bağlı
polisə müraciət etsə də, oğru artıq çoxdan smartfondan SIM kartı çıxartmış və
cihazın internetini deaktiv etmişdir. Statistikaya əsasən holland polisi hər həftə
300 mobil telefon oğurluğu hadisəsini qeydə alır. Nəticədə isə həmin
smartfonlar öz sahiblərinə qaytarılmır. Van der Meer isə öz şəxsi istintaqını
aparmağı qərarlaşdırıb.
Bunun üçün o, yeni telefon alaraq ona Cerberus tətbiqini yükləyib.
Bu tətbiq vasitəsilə istifadəçi öz smartfonundan geolokasiya məlumatlarını əldə
edə, onda olan faylları idarə edə, və gizli şəkildə kamera ilə mikrofonu aktiv
edə bilər. Bütün bu əməliyyatları istifadəçi öz smartfonunda uzaq məsafədən edə
bilər. Nəticədə 4 gündən sonra Cerberus tətbiqinin olduğu smartfon da
oğurlandı. Lakin bu dəfə Van der Meer, oğrunun hər bir addımını izləyə bilirdi.
Öz qeyri-adi istintaq videosunu isə Van der Meer YouTube-dakı kanalına yerləşdirib.
Paylaş
Bənzər xəbərlər