
Smartfon, planşet, kompüter və fotokameranı özündə birləşdirən GraalPhone adlı cihaz (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
CES 2017 sərgisi yalnız televizor, smartfon və robotların təqdim edildiyi bir tədbir deyil.
Burda həmçinin çox maraqlı konsept cihazlar da təqdim
olunur. Fransanın kiçik bir şirkəti bu sərgiyə GraalPhone adlı qeyri-adi
konsept cihazını təqdim etmək üçün gəlib. Sözügedən cihaz, 4-ü 1-də hesab
olunur. Yəni onu həm smartfon, həm planşet, həm kompakt noutbook, həmdə 5 qatlı
optik zoom özəllikli kamera kimi istifadə etmək olar. GraalPhone, Windows 10 və Android əməliyyat sistemləri vasitəsilə çalışır. Hal-hazırda şirkət işlək vəziyyətdə
olmayan prototiplərə sahibdir. Bu konseptin ideyası belədir: İstifadəçi,
bir-birindən asılı olmadan çalışan Android smartfona və Windows 10 əməliyyat
sistemli kompüterə sahibdir. Aparatı korpusa yerləşdirən zaman isə GraalPhone,
7 inç-lik Android planşetə çevrilir.
Bu rejimdə istifadəçi üçün iki ədəd kamera aktiv olur. Beləliklə
istifadəçi 3D fotolar çəkmək imkanına sahib olur. Kənara açılan ekranın alt
hissəsində isə touchpad xüsusiyyəti olmayan klaviatura yerləşir. Xarici görünüşcə
GraalPhone qənaətbəxş deyil. Lakin buna baxmayaraq cihazın yaradıcıları
nikbindirlər və bu ilin sonunda yada gələn ilin əvvəlində cihazın final
versiyasını təqdim etməyi planlaşdırırlar. GraalPhone-nun qiyməti isə 800-1000
avro arasında olacaq. Konsept cihazın yaradıcıları bir sıra böyük smartfon
istehsalçıları ilə əməkdaşlığa ümid edirlər. Hal-hazırda isə onların önündə ən
vacib iş dayanır. Belə ki, onlar elə etməlidirlər ki, hər iki əməliyyat sistemi
bir-birinə mane olmadan normal şəkildə çalışsın.
Paylaş
Bənzər xəbərlər