Logo
    Smartfonlar daha sürətlə enerji yığacaqlar. Quick Charge 4.0+ standartı təqdim olundu

    Smartfonlar daha sürətlə enerji yığacaqlar. Quick Charge 4.0+ standartı təqdim olundu

    “Qualcomm” şirkəti, Quick Charge 4.0+ sürətli enerji yığma standartını təqdim etdi.

    Quick Charge 4.0+ sürətli enerji yığma standartı, keçmiş versiyadan fərqli olaraq 15% daha sürətli və 30% daha effektivdir. Şirkət qeyd edib ki, 2750 mAh enerji tutumlu batareyaya sahib smartfon 5 dəqiqə ərzində yığacağı enerjinin sayəsində 5 saat çalışa biləcək. Smartfonun enerji yığma prosesi zamanı şarj cihazı 3 dərəcə aşağı səviyyədə qızır. Təqdim olunmuş yeni standart həmçinin smartfonun korpus və enerji yığma girşinin temperaturuna da nəzarət edir. Bu üsulla şarj cihazı, tez bir zamanda sıradan çıxmadan və yanmadan qorunacaq. Bundan əlavə olaraq Quick Charge 4.0+ standartında istiliyin ayrılması zamanı enerji itməsi 30% aşağı endirilib. Quick Charge 4.0+ standartına sahib ilk smartfon isə ZTE Nubia Z17-dir. Şirkətin verdiyi məlumata əsasən bu smartfon, 50% enerjini 25 dəqiqə ərzində yığır.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Smartfonlar daha sürətlə enerji yığacaqlar. Quick Charge 4.0+ standartı təqdim olundu