main-post-cover

    Smartfonlardan aşırı dərəcədə istifadə nəyə gətirib çıxardır?

    Elm & Texnologiya
    15.04.2018
    Emil Nəcəfov
    San Fransisko Universitetinin tədqiqatçıları öyrəniblər ki, ildən-ilə daha da böyüyən elektron əşyalardan asılılıq halı insanları bədbəxt edir. Alimlər belə bir nəticəyə gəliblər ki, smartfonlardan asılı olan insanların beyinlərində mütəmadi olaraq nevroloji əlaqə yaranır və bu isə öz növbəsində vərdişə gətirib çıxardır. Məsələn bu cür hal ağrıkəsici dərmanlardan çoxlu istifadə edən insanlarda rast gəlinir. Tədqiqatçılar həmçinin aşkar ediblər ki, elektron cihazlardan aşırı dərəcədə istifadə insanların sosioloji əlaqələrinə təsir edir.
    135 tələbə arasında aparılmış sorğu nəticəsində məlum olub ki, smartfondan daha çox istifadə edən şəxslər özlərini daha yalnız hiss edirlər. Alimlər güman edirlər ki, sosial şəbəkələrdə uzun zaman keçirən insanlara həmsöhbət olduqları insanlardan adi ünsiyyət növü (həmsöhbət şəxsin jestləri, mimikaları və intonasiyası) çatışmır. Tədqiqatın müəllifləri insanlara smartfonlardan və kompüterlərdən daha az istifadə etməyi məsləhət görürlər. Onlar hətta bunun üçün maraqlı bir üsul da təklif ediblər: Gələn dəfə dostlarınız ilə hansısa kafedə görüşəndə hamı öz mobil cihazını stolun mərkəzinə qoysun. Kim birinci mobil telefondan istifadə etmək üçün əlini telefona uzatsa həmin şəxs öz dostlarının hesablarını özü ödəyəcək.
    Linki kopyala