Smartfonları əvəz edəcək ChatGPT dəstəkli AI Pin adlı cihaz təqdim edilib - QİYMƏTİ (VİDEO)
Elm & Texnologiya
13.11.2023
Emil Nəcəfov
Apple şirkətinin keçmiş dizayneri Imran Chaudhri tərəfindən təsis edilmiş Humane adlı startap smartfonları əvəzləmək üçün nəzərdə tutulmuş cihazını təqdim edib. Söhbət, AI Pin adlı kompakt ölçülü cihazdan gedir. Sözügedən cihaz səsli əmrlər vasitəsilə qarşılıqlı əlaqəni təmin edir və özündə kiçik ölçülü proyektoru birləşdirir. İstifadəçi sözügedən cihazda səsli əmrlər vasitəsilə ChatGPT ilə qarşılıqlı əlaqədə ola bilir. AI Pin küncləri dairəvi olan kvadrat formalı kompakt ölçülü cihazdır. O, maqnit vasitəsilə geyimə və ya başqa səthə bərkidilə bilir. Cihaz Snapdragon prosessoru vasitəsilə çalışır. Lakin söhbətin hansı Snapdragon modelindən getdiyi barəsində məlumat verilməyib.
İstifadəçi AI Pin ilə səsli əmrlər, kamera, jestlər və kiçik ölçülü proyektor vasitəsilə qarşılıqlı əlaqədə olur. Cihazın adi batareya ilə birgə çəkisi 34 qramm təşkil edir. Lakin ona daha güclü batareyanın qoşulduğu halda cihazın çəkisi 20 qramm artır. AI Pin özündə 13 MP-lik kameranı birləşdirir. Qeyd etmək lazımdır ki, AI Pin daimi şəkildə istifadəçidən hansısa əmrin veriləcəyini gözləmir. Yəni cihaz ilə bu və ya digər səbəbdən qarşılıqlı əlaqədə olmaq istəyən zaman cihazın sensorlu panelindəki xüsusi sahəyə klikləməli olacaq. AI Pin-in çalışma prosesindəki əsas məqsədi AI Mic adlı proqram təminatı vasitəsilə süni zəka modellərinə qoşulmaqdır.
Məlumatda qeyd edilib ki, cihaz həm Microsoft həm də OpenAI şirkətinin süni zəka modelləri ilə çalışa bilir. Cihazın ChatGPT-yə çıxışı onun əsas üstünlüklərindən biridir. AI Pin-in sahib olduğu CosmOS əməliyyat sistemi istifadəçi sorğularının avtomatik şəkildə müvafiq süni zəka modellərinə göndərilməsindən cavabdehdir. Humane şirkəti AI Pin vasitəsilə faktiki olaraq süni zəka çat-botlarının və smartfonların rahat olmayan istifadəçi interfeyslərinə son qoymaq istəyir. Belə ki, AI Pin çərçivəsində iş masasını, ayarlar sistemini və çoxlu sayda istifadəçi hesablarını unutmaq olar.
Nəyisə etmək və ya barəsində nəyisə öyrənmək üçün istifadəçi sadəcə olaraq AI Pin-i işə salaraq ondan lazımi əməliyyatın yerinə yetirilməsini istəməlidir. Cihaz isə öz növbəsində istifadəçiyə lazımi məlumatı dərhal təqdim edəcək. Son 1 il ərzində biz çoxlu sayda funksional imkanın çat-bota mətn vasitəsilə müraciət edilməsi sayəsində reallaşdırıla biləcəyini gördük. Humane öz növbəsində eyni prosesi reallaşdıracaq cihazı hazırlamağa çalışır. AI Pin səsli mesajları və zəngləri reallaşdıra, istifadəçinin elektron yazışmalarındakı məlumatları ümumiləşdirə, real zaman ərzində tərcümə edə və ya öz kamerasına yaxınlaşdırılmış hər hansısa qida barəsində məlumatları təqdim edə bilər.
AI Pin bir növ böyük dil modelləri əsasında çalışan axtarış sistemidir. Çox güman ki, Humane şirkəti AI Pin-i daha genişmiqyaslı layihənin başlanğıcı hesab edir. Cihaz süni zəka modellərinin inkişafları ilə birgə inkişaf edəcək. Bütün texnoloji sahə süni zəkanın yeni istifadə imkanlarının axtarışını reallaşdırmaqla buna istiqamətlənib. AI Pin-in ön sifarişlərinə 16 noyabr tarixində start veriləcək. Cihaz gələn ilin əvvəlində satışa çıxacaq. Onun qiyməti 700$ təşkil edəcək. Lakin bundan əlavə olaraq alıcılar Humane şirkətinin aylıq 24$-lıq abunəliyini də əldə etməli olacaqlar. Bu, AI Pin üçün T-Mobile operatoru tərəfindən təmin ediləcək eSIM dəstəyinə lazım olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!