main-post-cover

    Smartfonun partlaması bir şirkət direktorunun ölümünə səbəb oldu

    Elm & Texnologiya
    26.06.2018
    Farid Pardashunas
        Son 2 il ərzində partlayan smartfonlar barəsində xəbərlər bir xeyli yayıldı. Növbəti belə bir hadisə Malayziyada baş verdi. Lakin bu dəfəki partlayış hadisəsində bir şəxs öz həyatını itrdi. Bu barədə Gizchina saytı xəbər verib. Sözügedən bədbəxt hadisə gecə vaxtı Cradle Fund adlı yerli vençur fondunun direktoru Nazrin Hassan-ın evində baş verib. Onun yatdığı yatağın yanındakı masada iki smartfon enerji yığma prosesində olub.

        Müəyyən vaxtdan sonra smartfonlardan biri partlayıb və nəticədə otaqda yanğın baş verib. Hadisədən sonra xilasedicilər yanmış otaqda Nazrin Hassan-ın yanmış meyidini aşkar ediblər. Dəhşətli yanğının baş verməməsindən öncə Nazrin Hassan zəhərli tüstü nəticəsində artıq dünyasını dəyişmişdi. Onun qohumlarının sözlərinə görə Nazrin iki ədəd smartfon işlədirdi. Onlardan biri BlackBerry digəri isə Huawei modeli idi. Lakin sözügedən smartfon modellərindən hansının partlaması məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər