main-post-cover

    'Snap', dron istehsal edən "Zero Zero Robotics"i almağa hazırlaşır

    Elm & Texnologiya
    02.08.2017
    Emil Nəcəfov

    Snapchat servisini idarə edən “Snap” şirkəti, selfie dronlarının istehsalı ilə məşğul olan “Zero Zero Robotics” şirkətinin alışı ilə bağlı danışıqlar aparır.

    Müqavilənin maliyyə tərəfi haqqında heç bir təfərrüat yoxdur. Lakin məlumata əsasən sözügedən şirkətin alınması, “Snap”a 150-200 milyon dollara başa gələ bilər. Əgər tərəflər arasında razılaşma olsa, onda “Zero Zero Robotics”, “Snap”ın əldə edəcəyi ikinci şirkət olacaq. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə "Snap", Zenly adlı servisi təqribi olaraq 250 milyon dollara almışdı. Nəzərinizə çatdıraq ki, Zenly, istifadəçinin coğrafi vəziyyətinin mübadiləsi ilə məşğul olan servisdir. “Zero Zero Robotics”, 2016-cı ilin Oktyabr ayında satışa çıxmış Hover Camera adlı selfie dronunu istehsal edib. Dronun idarəsi və selfie çəkmə prosesi isə iOS tətbiqi vasitəsilə reallaşdırılır. Bundan əlavə olaraq drondakı kamera, istifadəçini izləyir və nəticədə dron, istifadəçinin getdiyi yerə kimi uçur. Dronun qiyməti 500$-dır. Artıq çoxdan məlumdur ki, “Snap”, özünə yeni olan bazarlara çıxmaq istəyir. Hələ bu ilin May ayında şirkət, digər dron istehsalçısı Ctrl Me Robotics adlı startapı da almışdı. Bununla yanaşı “Snap”, kameraya sahib Spectacles adlı eynəklərin istahsalı ilə də məşğuldur.
    Linki kopyala