Snap şirkəti iki kameralı Spectacles 3 eynəyini təqdim etdi (VİDEO)
Elm & Texnologiya
14.08.2019
Farid Pardashunas
Məşhur Sanpchat messencerinin sahibi olan Snap şirkəti foto və video çəkilişi özəlliklərini özündə birləşdirən Spectacles eynəklərinin 3-cü versiyasını anons etdi. Üçüncü versiyanın əsas özəlliyi isə ondan ibarətdir ki, o, 2 kameraya sahibdir. Onların vasitəsilə istifadəçilər sosial şəbəkələr üçün 3D foto və videolar çəkə bilərlər. Bu barədə Androidcentral saytına istinadən 4pda saytı xəbər verib.
Spectacles 3 eynəyi HD formatlı iki kamera moduluna sahib klassik gün eynəyidir. Eynəyin gövdəsində olan xüsusi düyməyə klik edərək 1642x1642 piksel keyfiyyətli fotolar və 1216x1216 piksel keyfiyyətli 60 saniyəlik videolar çəkmək olar. Eynək 4 GB daxili yaddaş həcminə sahibdir. Şirkətin verdiyi məlumata əsasən 100 ədəd video ilə 1200 ədəd fotonun çəkilməsi üçün 4 GB daxili yaddaş bəs edir.
Eynəyin bir dəfə şarj olunmasından sonra onun vasitəsilə 70 ədəd video və 200-dən çox foto çəkmək olar. Eynəyin komplektində həmçinin powerbank funksiyasına sahib xüsusi keys də var. Eynək vasitəsilə çəkilmiş kontent isə mobil tətbiq vasitəsilə smartfona ötürülür və daha sonra həmin kontenti Snapchat-a yerləşdirmək olar. Bununla yanaşı Spectacles 3-ə aid unikal 3D effektlər də dəstəklənir. Spectacles 3 bu ilin noyabr ayında 380$ qiymətində satışa çıxacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)