
Snapchat kompüter mühitinə gəlir
Elm & Texnologiya
05.10.2017
Orxan
Dünyanın ən çox
istifadə edilən sosial şəbəkələrindən biri olan Snapchat, kompüter mühitinə gəlir!
Radikal bir qərar qəbul edən Snapchat cəbhəsi tətbiqi mobil dünyanın xaricinə
daşıyacaq.
Xüsusilə gənclərin çox sıx bir şəkildə istifadə etdiyi
Snapchat tətbiqi mobil platformalardan sonra indi kompüter mühitinə gəlir.Təqdim
etdiyi xüsusiyyətlər və kütləsi ilə ciddi şəkildə önə keçən ən böyük rəqibi olan
Instagram-ın ardından belə bir cəhd qaçınılmaz idi.
Bu nöqtədə bir marketinq strategiyası da ortaya çıxır.
Sosial media tətbiqi, ilk olaraq Google-un təqdim etdiyi Pixelbook modelində
iştirak edəcək. ChromeOS əməliyyat sistemli Pixelbook-un ardından bu tətbiqin digər
əməliyyat sistemləri üçün də gələcəyinə qəti gözüylə baxılır.
Snap-in yeni xəmləsinin xəbərini isə Google-un təchizat idarəçilərindən
Matt Vokoun açıqladı. Snap-in Google ilə əməkdaşlıq etdiyini və Snapchat-in
masaüstü tətbiqinin ilk dəfə Pixelbook ilə birlikdə nəşr olunacağını vurğulayan
Matt Vokoun, tətbiqin masa üstündə necə çalışacağına və hansı qabiliyyətlərə
sahib olacağına dair məlumat vermədi.
Windows mühitindəki Instagram tətbiqinin hekayə təqibi və
mesajlaşma kimi xüsusiyyətlərə sahib olduğunu düşünəcək olsaq, bu proqramında bənzər
xüsusiyyətlər təqdim etməsi qəti olacaq kimi görünür.
Paylaş
Bənzər xəbərlər