Logo
    main-post-cover

    "Snapchat", Vurb mobil tətbiqini 110 milyon dollara alır

    "Vurb", "Snapchat" tərəfindən alınır. Mənbələrin verdiyi məlmutda, iki şirkət arasında anlaşma olub və artıq rəsmi işlərə start verilib.

    "Vurb", Bobbi Lo (Bobby Lo) tərəfindən qurulub və istifadəçilərin mobildə rastlaşdıqları çətinlikləri aradan qaldırmaq üçün nəzərdə tutulub. İstifadəçilər mobil cihazda axtarış etmək üçün bir çox fərqli tətbiq arasında keçid etmək məcburiyyətində idi. "Vurb" bunu tək bir tətbiq üzərindən həyata keçirməyi və digər yenilikləri tətbiq etməyi hədəfləyir. Məsələn, Yelp və OpenTable tətbiqini birgə inteqrasiya etdirən "Vurb", istifadəçiyə daha asan məkan axtarışı etməyə və OpenTable ilə orda yer sifariş verməyə yardımçı olur.
    Bununla da startap qrupu "Vurb", 2014-cü ildə Techcrunch NY Battlefield yarışmasında birinci olmağa nail ola bilib. Bu günədək 8 milyon dollar investisiya alan "Vurb", 2015-ci ildə iOS istifadəçilərinə təqdim olunub.
    "Snapchat" isə "Vurb"u 110 milyon dollar almaq qərarını açıqlayıb. Beləki, 110 milyon dolların 75%-i Snapchat-ın hissə payı olaraq veriləcək, qalan 25% isə nəğd ödəniş şəklində həyata keçiriləcək. "Snapchat", "Vurb"un sahib olduğu bu xüsusiyyəti "Kəşf” bölümündə istifadə etməyi düşünür. Həmçinin, Bobby Lo-nun da şirkətin nümayəndəliyinə daxil edilməsiı nəzərdə tutulur.
    Paylaş
    Bənzər xəbərlər