Logo
    main-post-cover

    Snapdragon 4 Gen 2 prosessoru baresində məlumatlar verilib

        İnsayderlərin verdikləri məlumata əsasən Qualcomm şirkəti Snapdragon 4 Gen 2 adlı yeni prosessor üzərində çalışır. Sözügedən yeni prosessor SM4450 model nömrəsinə və Clarence/Ravelin kod adına sahibdir. Məlumatda qeyd edilib ki, yeni prosessor Snapdragon 4 Gen 1-dəki nüvə klasterini əldə edəcək. Lakin bununla belə Snapdragon 4 Gen 2-də nüvələr daha yüksək tezliklə çalışacaqlar.
        Beləliklə Snapdragon 4 Gen 2 prosessoru özündə 2.2 GHz tezlikdə çalışan 2 ədəd Cortex-A78 nüvəsini və 1.95 GHz tezlikdə çalışan 6 ədəd Cortex-A55 nüvəsini birləşdirəcək. Prosessorda qrafik özəlliklərdən isə Adreno 613 çipi cavabdeh olacaq. Bundan əlavə olaraq Snapdragon 4 Gen 2 prosessoru LPDDR5 standartlı RAM yaddaşlarını və UFS 3.1 standartlı daxili yaddaş həcmlərini dəstəkləyəcək. Prosessorun nə zaman təqdim olunacağı bilinmir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Snapdragon 4 Gen 2 prosessoru baresində məlumatlar verilib | Technote