main-post-cover

    Snapdragon 7 Gen 1 prosessoru barəsində ilk məlumatlar verilib

    Elm & Texnologiya
    06.04.2022
    Farid Pardashunas
        İnternetdə artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Qualcomm şirkəti Snapdragon 8 Gen 1 Plus prosessoru üzərində çalışır və o, may ayının sonunda təqdim oluna bilər. Gözləntilərə əsasən yeni prosessor Snapdragon 8 Gen 1-in davamçısı olacaq. İndi isə məlumat ortaya çıxıb ki, Qualcomm şirkəti Snapdragon 8 Gen 1 Plus ilə birlikdə Snapdragon 7 seriyasının yeni modelini də təqdim edə bilər. Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən Snapdragon 7 seriyasının yeni prosessoru 2.46 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A710 nüvəsi və 1.80 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 nüvəsi ilə təchiz olunacaq.
        Qrafik imkanlardan isə Adreno 662 çipi cavabdeh olacaq. Güman olunur ki, şirkət yeni prosessoru 4 nanometrlik texnoloji proses əsasında istehsal edəcək. Bununla yanaşı prosessor Snapdragon 7 Gen 1 adını əldə edə bilər. Qeyd etmək lazımdır ki, Xiaomi, Motorola OnePlus kimi şirkətlər Snapdragon 8 Gen 1 Plus prosessoruna sahib olacaq smartfonlar üzərində artıq çalışırlar. Sözügedən prosessoru bazarda ilk əldə edə biləcək smartfon isə Motorola Edge 30 Ultra ola bilər. Snapdragon 7 Gen 1-ə gəldikdə isə o, ilk dəfə olaraq Redmi Note 12 seriyasına quraşdırıla bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər