Snapdragon 7 Gen 3 prosessoru daha zəif göstəricilərə sahib ola bilər

Snapdragon 7 Gen 3 prosessoru daha zəif göstəricilərə sahib ola bilər

Texnologiya
17.05.2023 PAYLAŞIM

    Mart ayında təqdim edilmiş Snapdragon 7+ Gen 2 prosessoru faktiki olaraq Snapdragon 8+ Gen 1 ilə eyni səviyyədə olan prosessordur. Lakin Snapdragon 8+ Gen 1-dən fərqli olaraq Snapdragon 7+ Gen 2 daha aşağı tezlikdə çalışır. Bu isə o deməkdir ki, prosessor daha aşağı enerji sərfiyyatına sahibdir və daha az qızır. Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən Qualcomm şirkətinin bu prosessoru tez zamanda digəri ilə əvəzləməsi üçün iki əsas səbəbi var.

    Birinci səbəb ondan ibarətdir ki, Snapdragon 7+ Gen 2-nin maya dəyəri yüksəkdir. İkinci səbəb isə odur ki, subflaqman prosessorun daha flaqman olan Snapdragon 8 seriyasının prosessoru ilə eyni səviyyədə olması faktoru Qualcomm-un heç də ürəyincə deyil. Bununla yanaşı insayder bildirib ki, Snapdragon 7+ Gen 2-ni əvəzləyəcək Snapdragon 7 Gen 3 prosessoru daha zəif göstəricilərə sahib olacaq. Bu üsul ilə şirkət Snapdragon 7 seriyasına orta performans səviyyəsini geri qaytarmaq niyyətindədir.




DAHA ÇOX


HP süni zəka alqoritmləri ilə qarşılıqlı əlaqədə olmağa imkan verəcək yeni nəsil..

HP şirkəti təkmilləşdirilmiş arxitekturaya sahib yeni nəsil kompüter hazırladığını elan edib...


Samsung barmaq izi skanına sahib bank kartını təqdim edib (VİDEO)

Samsung tərəfindən təqdim edilmiş Biometric Card IC yüksək səviyyəli təhlükəsizliyə sahib yeni nəsil..


Mark Zuckerberg Meta Quest 3 adlı yeni VR cihazı anosn edib - QİYMƏTİ (VİDEO)..

Meta-nın CEO-su Mark Zuckerberg Quest 3 adlı yeni VR cihazı anons edib.


BOE şirkəti 16K keyfiyyətli 110 düym ekrana sahib televizorunu təqdim edib

Çinin BOE şirkəti SID Display Week 2023 sərgisi çərçivəsində 16K keyfiyyətli 110 düym ölçülü ekrana ..


Qualcomm Snapdragon 8 Gen 3 prosessorunun təqdimat tədbirini anons edib

Qualcomm şirkəti heç gözlənilmədən Snapdragon Summit adlı növbəti təqdimat tədbirini anons edib...


OPPO şirkəti MR Glass Developer Edition adlı qarışıq reallıq (AR + VR) cihazını ..

OPPO şirkəti Qualcomm ilə əməkdaşlıq çərçivəsində hazırlanmış MR Glass Developer Edition adlı qarışı..

×