
Snapdragon 8 Gen 3 for Galaxy prosessoru Apple A17 Pro-dan daha performanslı ola bilər
Texnologiya
21.09.2023
Emil Noisy
Qualcomm şirkəti gələn ayın sonunda Snapdragon 8 Gen 3 prosessorunu təqdim edəcək. Sözügedən prosessor iki versiyaya sahib olacaq. Onlardan biri adi, digəri isə Snapdragon 8 Gen 3 for Galaxy olacaq. İkinci versiya adi versiyadan fərqli olaraq daha yüksək tezliklərdə çalışacaq və Samsung-un flaqman smartfonları üçün nəzərdə tutulacaq. İnsayderlərdən biri qeyd edib ki, o, Snapdragon 8 Gen 3 for Galaxy versiyasının test nəticələri ilə yaxından tanış olub.
Əgər insayder tərəfindən təqdim edilmiş məlumatlar həqiqəti əks etdirirlərsə, deməli Snapdragon 8 Gen 3 for Galaxy modeli performans baxımından təkcə Snapdragon 8 Gen 2 for Galaxy-dən deyil, həmçinin Apple A17 Pro-dan da üst səviyyədə olacaq. İnsayder bildirib ki, Snapdragon 8 Gen 3 for Galaxy prosessoru Geekbench-in çox nüvəli testi çərçivəsində 7400 xal toplayır. Müqayisə üçün qeyd etmək lazımdır ki, Geekbench-in çox nüvəli testi çərçivəsində Snapdragon 8 Gen 2 for Galaxy modeli 4975 xal, Apple A17 Pro isə 7238 xal toplayır.
Linki kopyala
Həftənin xəbərləri

