Logo
    main-post-cover

    Snapdragon 8 Gen 3 prosessoru Geekbench 6 və AnTuTu testlərindən keçib

        Qualcomm şirkəti bu il yeni flaqman mobil prosessorunu təqdim edəcək. Söhbət, Snapdragon 8 Gen 3-dən gedir. İndi isə sözügedən prosessorun Geekbench 6AnTuTu bençmarklarındakı testlərinin nəticəcələri ortaya çıxıb. Beləliklə Geekbench 6-nın bir nüvəli testi çərçivəsində prosessor 2563 xal, çox nüvəli testi çərçivəsində isə 7256 xal toplayıb. AnTuTu bençmarkına gəldikdə Snapdragon 8 Gen 3 ümumilikdə 1.71 milyon xal toplayıb. Onun qrafik çipinin toplamış olduğu xal isə 850 000 təşkil edib. Müqayisə üçün qeyd etmək lazımdır ki, Apple A16 Bionic prosessoru Geekbench 6-nın bir nüvəli testi çərçivəsində 2499 xal, çox nüvəli testi çərçivəsində isə 6275 xal toplayır.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Snapdragon 8 Gen 3 prosessoru Geekbench 6 və AnTuTu testlərindən keçib | Technote