
Snapdragon 8 Gen 3 prosessoru Geekbench testlərindən keçib
Elm & Texnologiya
28.08.2023
Emil
Qualcomm-un oktyabr ayının sonunda keçirəcəyi Snapdragon Summit 2023 tədbiri çərçivəsində Snapdragon 8 Gen 3 flaqman prosessoru təqdim ediləcək. Bəzi məlumatlara əsasən sözügedən prosessor iki versiyada təqdim olunacaq. Onlardan biri sürətləndirilmiş versiya olacaq və o, gaming smartfonlar üçün nəzərdə tutulacaq. Standart versiya isə adi flaqman smartfonlar üçün olacaq. İndi isə prosessorun adi flaqman smartfonlar üçün nəzərdə tutulmuş standart versiyasının Geekbench testlərindən keçdiyi məlum olub. Nəticədə Snapdragon 8 Gen 3 barəsində bəzi məlumatlar ortaya çıxıb.
Prosessorun Geekbench test nəticələrini Digital Chat Station ləqəbli məşhur insayder təqdim edib. Məlumatda qeyd edilib ki, Snapdragon 8 Gen 3 hələ təqdim edilməmiş nubia Red Magic 9 smartfonunun tərkibində test edilib. Geekbench testləri nəticəsində məlum olub ki, Qualcomm-un yeni flaqman prosessoru özündə 3.19 GHz tezlikdə çalışan bir ədəd super performanslı nüvəni, 2.96 GHz tezlikdə çalışan 5 ədəd performanslı nüvəni və 2.27 GHz tezlikdə çalışan bir neçə enerji effektivliyi nüvəsini birləşdirir. İnsayder bildirib ki, söhbət, Cortex-X4, Cortex-A720 və Cortex-A520 nüvələrindən gedir. Nəticədə Snapdragon 8 Gen 3 Geekbench-in bir nüvəli testi çərçivəsində 1596 xal, çox nüvəli testi çərçivəsində isə 5977 xal toplayıb.
Paylaş
Bənzər xəbərlər