Logo
    main-post-cover

    Snapdragon 8 Gen 3 prosessoru iki versiyada təqdim ediləcək

    Elm & Texnologiya
    25.09.2023
    Emil
        İnternetdə Qualcomm əməkdaşı ilə şirkət partnyoru və ya sifarişçisi arasındakı yazışmanın bir hissəsi olduğu iddia edilən foto ortaya çıxıb. Ortaya çıxmış fotodan belə qənaətə gəlmək olar ki, Qualcomm şirkəti eyni ada sahib iki müxtəlif flaqman prosessoru təqdim etməyə hazırlaşır. Məlumata əsasən Qualcomm Snapdragon 8 Gen 3 prosessorunu 2 müxtəlif texnoloji prosesin istesahlı ilə hazırlayacaq. Söhbət, TSMC şirkətinin 4 nanometrlik3 nanometrlik texnoloji proseslərindən gedir. Ortaya çıxmış fotoda yeni prosessorun nəyə görə fərqli texnoloji proseslər əsasında hazırlanacağı qeyd edilməyib. Lakin qeyd edilib ki, hər iki prosessor özündə Cortex-X4Cortex-A720 nüvələrini birləşdirəcəklər. Qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 3 prosessoru gələn ayın sonunda təqdim ediləcək.
    Paylaş
    Bənzər xəbərlər