
Snapdragon 8 Gen 3 prosessoru peyk rabitəsi dəstəyini əldə edə bilər
Elm & Texnologiya
03.08.2023
Emil
Qualcomm oktyabr ayında yeni flaqman prosessorunu təqdim edəcək. Söhbət, Snapdragon 8 Gen 3-dən gedir. Lakin Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən Qualcomm həmçinin Snapdragon 8 Gen 3-ün xüsusi versiyasını da təqdim edəcək. Prosessorun xüsusi versiyasının adi versiyadan əsas fərqi onda olacaq ki, o, peyk rabitəsi özəlliyini dəstəkləyəcək.
Daha öncə Qualcomm bildirmişdi ki, Snapdragon 8 Gen 2 prosessoru peyk rabitəsini dəstəkləyəcək. Lakin nəticədə Snapdragon 8 Gen 2-yə sahib smartfonlardan heç birində bu cür imkan reallaşdırılmadı. Bəzi məlumatlara əsasən bunun səbəbi Qualcomm ilə peyk rabitəsi operatoru olan Iridium Communications şirkəti arasındakı razılığın ləğv edilməsindədir. Heç istisna deyil ki, Snapdragon 8 Gen 3-ün xüsusi versiyası yalnız Samsung-un flaqman smartfonları üçün eksklüziv olsun.
Paylaş
Bənzər xəbərlər