
Snapdragon 8 Gen 3 flaqman prosessorunun təqdimatına hələ 5 aydan bir qədər çox vaxt olmasına baxmayaraq görünür, smartfon istehsalçıları artıq onun hazır versiyasını əldə ediblər. Belə ki, Digital Chat Station ləqəbli məşhur insayder sözügedən yeni flaqman prosessor barəsində yeni məlumatları təqdim edib. İlk öncə insayder təsdiqləyib ki, Snapdragon 8 Gen 3 prosessorunda nüvələrin konfiqurasiyası “1+5+2” şəklində olacaq.
Yəni prosessorun 1 ədəd Cortex-X4 nüvəsini əldə edəcəyi dəqiqdir. İnsayderin sözlərinə əsasən prosessor AnTuTu bençmarkında 1 600 000 xal toplayır. Müqayisə üçün qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 2 prosessoru eyni bençmarkda 1 330 000 xal toplayır. Artıq məlumdur ki, Snapdragon 8 Gen 3 prosessoru TSMC şirkətinin texnologiyaları vasitəsilə istehsal ediləcək. İnsayder həmçinin bildirib ki, 2024-cü ildə təqdim olunacaq Snapdragon 8 Gen 4 prosessoru özündə iki ədəd Cortex-X nüvəsini birləşdirəcək.