main-post-cover

    Snapdragon 8 Gen 3 prosessorunun bəzi texniki özəllikləri məlum olub

    Elm & Texnologiya
    28.04.2023
    Farid Pardashunas
        Qualcomm bu il yeni flaqman mobil prosessorunu təqdim edəcək. Söhbət, Snapdragon 8 Gen 3-dən gedir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu prosessor barəsində yeni məlumatları təqdim edib. İnsayderin sözlərinə əsasən Snapdragon 8 Gen 3 prosessoru nüvələrin yeni strukturunu əldə edəcək. Belə ki, prosessor özündə 1 ədəd Prime nüvəni, 5 ədəd yüksək performanslı nüvəni və 2 ədəd enerji effektivliyi nüvəsini əldə edəcək. Prosessorun maksimal çalışma tezliyi isə 3.7 GHz təşkil edəcək. Snapdragon 8 Gen 3-də qrafik imkanlardan Adreno 750 çipi cavabdeh olacaq. İnsayder bildirib ki, Qualcomm-un yeni flaqman mobil prosessoru TSMC şirkətinin N4P adlı 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər