Logo
    main-post-cover

    Snapdragon 8 Gen 3 prosessorunun performansı barəsində məlumat verilib

    Elm & Texnologiya
    09.10.2023
    Emil
        Digital Chat Station ləqəbli məşhur insayder təqdimata hazırlaşan Snapdragon 8 Gen 3 prosessorunun performansı barəsində məlumat verib. İnsayderin vermiş olduğu məlumata əsasən Snapdragon 8 Gen 3 prosessoru AnTuTu bençmarkının testində 2 milyon xal toplayır. Müqayisə üçün qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 2 prosessoru AnTuTu testində 1.6 milyon xal toplayır. Lakin digər tərəfdən AnTuTu testinin nəticələri həmişə testdən keçən smartfonun modelindən də asılı olur.
        Onu da qeyd etmək lazımdır ki, iPhone 15 Pro modellərində istifadə edilən A17 Pro prosessoru AnTuTu testində 1.5 milyon xal toplayır. Məlumatda qeyd edilib ki, Snapdragon 8 Gen 3 halında əsas performans artımı GPU-nun üzərinə düşür. Belə ki, yeni prosessorda GPU Snapdragon 8 Gen 2-dəki GPU-dan 40% daha sürətlidir. Snapdragon 8 Gen 3-ün CPU-su isə 15-16% daha sürətlidir. Qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 3 prosessoru bu ayın sonunda təqdim ediləcək.
    Paylaş
    Bənzər xəbərlər