main-post-cover

    Snapdragon 8 Gen 3-ün AnTuTu test nəticəsi məlum olub

    Elm & Texnologiya
    08.06.2023
    Emil Nəcəfov
        Oktyabr ayının sonunda Qualcomm şirkəti öz yeni flaqman prosessoru olacaq Snapdragon 8 Gen 3-ü təqdim edəcək. Son günlərdə sözügedən prosessor barəsində çoxlu sayda məlumat ortaya çıxır. Skeptik insanların bu prosessor barəsində şübhələrini aradan qaldırmaq üçün insayderlər Snapdragon 8 Gen 3-ə sahib smartfon prototipinin fotosunu təqdim ediblər. Təqdim edilmiş smartfon prototipinin ekranında isə prosessorun AnTuTu bençmarkındakı test nəticəsi əks olunub.
        Qeyd etmək lazımdır ki, bu cür smartfon prototipləri adətən Qualcomm tərəfindən hazırlanır və şirkət daxilindəki testlər üçün nəzərdə tutulur. Bunun sayəsində şirkət öz prosessorlarını lazımi səviyyədə optimizasiya edə bilir. Beləliklə təqdim edilmiş fotodan da görmək olar ki, Snapdragon 8 Gen 3 AnTuTu testi çərçivəsində 1 771 106 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan Snapdragon 8 Gen 2 prosessoru AnTuTu-da 1.3 milyon xal, MediaTek Dimensity 9200+ prosessoru isə 1.35 milyon xal toplayır. 
    Linki kopyala