main-post-cover

    Snapdragon 8 Gen 3-ün qrafik çipi Geekbench testlərindən keçib

    Elm & Texnologiya
    26.09.2023
    Emil Nəcəfov
        Qualcomm gələn ayın sonunda Snapdragon 8 Gen 3 prosessorunu təqdim edəcək. İndi isə Ice Universe ləqəbli məşhur insayder sözügedən yeni flaqman prosessorun qrafik çipinin test nəticələrini təqdim edib. Test nəticələrinə əsasən yeni GPU hal hazırda aktual olan Adreno 740-dan daha performanslı olacaq. Beləliklə təqdim edilmiş məlumata əsasən Snapdragon 8 Gen 3-en GPU-su Geekbench 6-da ( API Vulkan) 15 434 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 2 prosessorunun GPU-su eyni bençmarkda 9941 xal toplayır. Burdan da belə qənaətə gəlmək olar ki, Snapdragon 8 Gen 3-en GPU performansı 55% yüksələcək. Yeni flaqman prosessorda olacaq qrafik çipin Adreno 750 adını əldə edəcəyi gözlənilir.
    Linki kopyala