
Snapdragon 8 Gen 4 prosessoru barəsində ilk məlumatlar verilib
Elm & Texnologiya
20.04.2023
Qualcomm hələ Snapdragon 8 Gen 3 prosessorunu təqdim etmədiyi bir vaxtda insayderlər artıq Snapdragon 8 Gen 4 barəsində məlumatlar verməyə başlayıblar. Snapdragon 8 Gen 4 prosessoru yalnız gələn il təqdim olunacaq və o, Android cihazlar üçün nəzərdə tutulmuş 3 nanometrlik prosessorlar arasında ilklərdən olacaq. Onun istehsalı ilə TSMC şirkəti məşğul olacaq. Məlumatda qeyd edilib ki, Snapdragon 8 Gen 4-ün əsas fərqləndirici özəlliyi ondan ibarət olacaq ki, o özündə Nuvia startapının Phoenix adlı nüvələrini birləşdirəcək. Qeyd etmək lazımdır ki, Qualcomm şirkəti sözügedən startapı 2021-ci ildə almışdı.
Məlumata əsasən Snapdragon 8 Gen 4-ün tərkibinə 2 ədəd Phoenix I nüvəsi və 6 ədəd Phoenix M nüvəsi daxil olacaq. Sözügedən nüvələrin Geekbench-in bir nüvəli testi çərçivəsində 2070 xal, çox nüvəli testi çərçivəsində isə 9100 xal topladıqları iddia edilir. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu ilin sonuna yaxın təqdim ediləcək Snapdragon 8 gen 3 prosessorunun Geekbench-in bir nüvəli testi çərçivəsində 1800 xal, çox nüvəli testi çərçivəsində isə 6500 xal toplayacağı gözlənilir. Snapdragon 8 Gen 4-ün bu cür diqqət çəkən göstəricilərinə baxmayaraq insayderlər tərəfindən bu qədər tez verilmiş məlumatlara şübhə ilə yanaşmaqda fayda var.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...