Logo
    main-post-cover

    Snapdragon 8 Gen 4 prosessoru nə ilə fərqlənəcək?

        Qualcomm şirkəti oktyabr ayında Snapdragon 8 Gen 3 prosessorunu təqdim edəcək. Buna baxmayaraq insayderlər artıq indidən gələn il üçün gözlənilən Snapdragon 8 Gen 4 prosessoru barəsində məlumatları təqdim edirlər. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Snapdragon 8 Gen 4 prosessoru TSMC şirkətinin N3E adlı təkmilləşdirilmiş 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq.
        Bununla belə prosessorda ARM-in standart nüvələri əvəzinə Qualcomm-un fərdi nüvələrindən istifadə ediləcək. Söhbət, Qualcomm-un 2021-ci ildə əldə etmiş olduğu Nuvia adlı startapın texnologiyalarından gedir. Məlumatda qeyd edilib ki, Snapdragon 8 Gen 4-ün tərkibinə 2 ədəd performanslı Phoenix nüvəsi və Phoenix M adlı 6 ədəd enerji effektivliyi nüvəsi daxil olacaq. Gözləntilərə əsasən Qualcomm-un gələn ilki flaqman prosessoru LPDDR6 standartlı RAM yaddaşlarını dəstəkləyəcək.
    Paylaş
    Bənzər xəbərlər