main-post-cover

    Snapdragon 855-in bütün texniki göstərici məlumatları təqdim edildi

    Elm & Texnologiya
    06.12.2018
    Emil Nəcəfov
        Qualcomm şirkəti Snapdragon Tech Summit tədbirinin dünənki birinci günü çərçivəsində Snapdragon 855 flaqman prosessorunu təqdim etmişdi. Bugün isə şirkət sözügedən prosessor barədə bütün məlumatı verdi. Beləliklə Snapdragon 855 prosessoru təkmilləşdirilmiş süni zəka funksiyalarına, yenilənmiş multimedia imkanlarına və məlumatların yüksək sürətlə ötürülməsinə sahib ilk mobil 5G platforma oldu. 7 nanometrlik texnoloji proses əsasında hazırlanmış Snapdragon 855-in texniki göstəriciləri barəsində məlumatlar əvvəlki sızıntılardan məlum idi.

        Deməli prosessorda olan Kyro 485 adlı 8 nüvə 3 klasterə bölünüb: 2.84 GHz tezlikdə çalışan bir ədəd böyük nüvə, 2.24 GHz tezlikdə çalışan yüksək performanslı 3 nüvə və 1.8 GHz tezlikdə çalışan enerji sərfiyyatı baxımdan effektiv olan 4 nüvə. Snapdragon 845-dən fərqli olaraq Snapdragon 855-in CPU performansı 45% yüksəlib. Yeni prosessorda olan GPU Adreno 640-ın performansı isə əvvəlki modeldən 20% yüksəkdir. Platformanın süni zəka imkanları ciddi dəyişikliklərə məruz qalıb. Dördüncü nəsil AI Engine mühərriki GPU-nun aparat gücünü və Hexagon 690 adlı köməkçi prosessorunu işə salacaq. Yeni süni zəka mühərrikinin performans gücü isə saniyədə 7 trilyon əməliyyatın yerinə yetirilməsidir. Bu isə əvvəlki versiyadan 3 dəfə çoxdur.

        Təsvirin emalı üçün nəzərdə tutulmuş yeni Qualcomm Spectra 380 prosessoru süni zəka alqoritmləri vasitəsilə kadrdakı adi və hərəkətdə olan obyektləri izləyə və təyin edə bilir. O bunu hətta artırılmış reallıq tətbiqlərinin istifadəsi zamanı da edə bilir. Yeni prosessor 48 MP-lik bir ədəd kameranı və ya biri 22 MP olmaqla ikili kameranı dəstəkləyir. Süni zəka texnologiyası təsvirləri filtrlər vasitəsilə yaxşılaşdıra, avtofokus özəlliklərini korrektləşdirə və əldə olunmuş kadrların sürətli emalını reallaşdıra bilir. Təkmilləşdirilmiş səsli köməkçi smartfon istifadəçisinin küçədə və ya stadionda olduğu zaman ətrafdakı səs-küyü və exoları ayıraraq istifadəçinin səsini dəqiq şəkildə təyin edə bilir. İstifadəçi həmçinin video çəkən zaman elə çəkiliş anında videonu redaktə edə biləcək. Məsələn gələcək videonun hansısa kadrına arxa fonun bulanıq effektini vermək və ya fonu ümumiyyətlə dəyişmək mümkün olacaq.

        Yeni prosessor ilə mobil cihazlara ilk dəfə olaraq HDR10+ standartının dəstəklənməsi gələcək. Bu standart həm video izləmə zamanı həmdə video çəkimlər zamanı dəstəklənəcək. Yüksək keyfiyyətli kontentlərin saxlanması üçün yeni mobil platformada HEIF fayllarının formatlarının dəstəklənməsi reallaşdırılıb. Bunun sayəsində smartfonun yaddaş həcminə kontentlərin yüksək effektli sıxışdırılması sayəsində 50% qənaət etmək olacaq. Bununla yanaşı bu proses zamanı kontentlər öz keyfiyyətlərini olduqları kimi saxlayacaqlar. JPEG-dən fərqli olaraq HEIF təkcə ayrı-ayrı fotolarla deyil, həmdə fotolardan ibarət bir neçə qrup və animasiyalı fotolarla da çalışa bilir.

        Yeni mobil platformanın şəbəkə imkanları qismində 6 GHz tezlikdə çalışan Snapdragon X50 5G modemi, mmWave və Snapdragon X24 4G modulu çıxış edirlər. Yeni nəsil modemin gücü 8K keyfiyyətində artırılmış və virtual reallıqlarla işləmək və real zaman ərzində videoların emal olunması imkanını verir. 5G şəbəkəsinin yayıldığı zonada maksimal yükləmə sürəti saniyədə 5 Gbit, LTE şəbəkələrdə isə saniyədə 2 Gbit təşkil edə bilir.
        Bir çox mobil operatorlar artıq gələn ilin əvvəlindən 5G şəbəkəsini istifadəyə verəcəkləri üzrə istifadəçilər Snapdragon 855 prosessoru ilə təchiz olunacaq smartfonlar vasitəsilə 5G şəbəkəsinin sürətini qiymətləndirə bilıəcəklər. Snapdragon 855 həmçinin şəbəkə nöqtəsinin istifadə olunduğu radiusda daha çox cihazdan effektiv istifadə üçün Wi-Fi 6 ready standartının və MIMO texnologiiyasının dəstəyini də əldə edib.

        Bu ilk mobil platformadır hansı ki, snaiyədə 10 Gbit şəbəkə qoşulması sürəti ilə 802.11ay standartını dəstəkləyir. Yeni prosessorun audio imkanları qismində naqilsiz qulaqlıqlar üçün Qualcomm TrueWireless Stereo Plus texnologiyası çıxış edir. Bu texnologiya qulaqlıqlardakı sağ və sol kanallar arasındakı siqnal gecikməsini optimallaşdırır və enerji sərfiyyatını aşağı salır. Bunun sayəsində isə istifadəçi bir dəfə şarj olunmuş smartfon vasitəsilə True Wireless cihazların istifadəsi zamanı daha çox musiqi dinləyə biləcək.
    Linki kopyala