main-post-cover

    Snapdragon 865 Apple A13 Bionic-ə qarşı: Hansı prosessor daha güclüdür? (VİDEO)

    Elm & Texnologiya
    17.12.2019
    Farid Pardashunas
        Bu ayın əvvəlində Qualcomm şirkəti öz yeni flaqman prosessor modeli olan Snapdragon 865-di təqdim etdi. Həmin prosessor gələn il bir çox flaqman smartfon modellərinə quraşdırılacaq. Mütəxəssislər isə həmin vaxta kimi hansı mobil prosessorun daha güclü olmasını öyrənmək üçün bir neçə testlər keçirdiblər. Bu barədə Androidauthority saytı xəbər verib. Sözügedən testlər üçün Qualcomm şirkəti 5.9 düym ekran, Snapdragon 865 prosessoru, 12 GB RAM və 128 GB daxili yaddaş həcmi ilə təchiz edilmiş flaqman smartfon təqdim edib.
        Mütəxəssislər prosessorun testlərini avtonom rejimdə çalışmaq üzrə deyil prosessorun performans göstəricisi rejimində aparıblar. Beləliklə AnTuTu testində Snapdragon 865 prosessoru rekord olaraq 540.000 xal toplayıb. Bu isə hal hazırda mobil prosessor bazarında olan istənilən digər prosessor modelinin yığdığı göstəricidən daha yüksəkdir. Hətta Apple A13 Bionic prosessorundan belə.
        Lakin digər testlərdə Snapdragon 865 modeli fərqli nəticələr sərgiləyib. Belə ki, Geekbench-in birnüvəli testində prosessor 935 xal, çoxnüvəli testində isə 3450 xal toplayıb. Apple A13 Bionic-in Geekbench test nəticələri isə daha yüksəkdir. Belə ki, Apple şirkətinin prosessoru Geekbench-in birnüvəli testində 1334 xal, çoxnüvəli testində isə 3480 xal toplayıb. Speed Test GX 2.0 testini Snapdragon 865 modeli 36.6 saniyəyə, Apple A13 Bionic isə 40 saniyəyə keçib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər