main-post-cover

    Snapdragon 865-in texniki özəllikləri barəsində məlumat verildi

    Elm & Texnologiya
    12.11.2019
    Emil Nəcəfov
        Çinli insayderin verdiyi məlumat sayəsində dekabrda təqdim olunacaq Snapdragon 865 prosessorunun texniki özəllikləri məlum olub. Bu barədə Gagadget saytı xəbər verib. Verilmiş məlumata əsasən yeni flaqman prosessor 8 nüvəyə sahib olacaq: 2.84 GHz tezlikdə çalışan 1 ədəd ARM Cortex A77, 2.42 GHz tezlikdə çalışan 3 ədəd Cortex A77 və 1.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex A55. Bununla yanaşı yeni prosessor özündə Adreno 640 qrafik çipini də birləşdirəcək. Snapdragon 865-də olacaq Adreno 640 qrafik çipi Snapdragon 855 Plus prosessorunda olan Adreno 640-dan 20% daha çox performans sərgiləyəcək.
        Ümumilikdə isə Snapdragon 865-in performans göstəricisi 17-20% yüksələcək. Qeyd etmək lazımdır ki, yeni prosessor Samsung-un ya 5 ya da 7 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq. Snapdragon 865 iki versiyada təqdim olunacaq. Onlardan biri Snapdragon X55 adlı 5G modemi özündə birləşdirəcək, digəri isə 5G modemsiz təqdim olunacaq. Snapdragon 865 prosesoru 3-5 dekabr tarixlərində keçiriləcək Qualcomm Snapdragon Tech Summit 2019 tədbirində təqdim olunacaq.
    Linki kopyala