Reklam
Snapdragon 865 prosessorunu ilk olaraq hansı şirkətin smartfonları əldə edəcəklər?

Snapdragon 865 prosessorunu ilk olaraq hansı şirkətin smartfonları əldə edəcəklər?

Texnologiya
04.12.2019 PAYLAŞIM

    Snapdragon 865 prosessorunun təqdim olunmasından sonra bu yeni prosessoru ilk əldə edəcək smartfonlar və onların çıxış tarixləri barəsində məlumat verildi. Beləliklə Qualcomm Snapdragon Tech Summit 2019 tədbiri çərçivəsində Xiaomi, Nokia, OPPOLenovo şirkətləri rəsmi olaraq təsdiqlədilər ki, onların smartfonları bu prosessoru əldə edəcəklər. Bundan əlavə olaraq sadalanmış şirkətlərin təmsilçiləri həmin smartfonların nə zaman işıq üzü görəcəkləri barəsində də məlumat veriblər.

    Bu barədə 9to5google saytı xəbər verib. Snapdragon 865 prosessoruna sahib olacaq smartrfonlar barəsində daha dəqiq məlumatı Xiaomi şirkəti verib. Belə ki, şirkətin təsisçilərindən biri olan Lin Bin təqdimat zamanı iki rejimli 5G modemə sahib olacaq Mi Note 10-nun təqdimatını anons edib. Onun sözlərinə əsasən sözügedən smartfon artıq istehsalat prosesinə keçid edib və 2020-ci ilin əvvəlində satışa çıxacaq. Daha öncədən Xiaomi şirkətinin CEO-su bildirmişdi ki, gələn il şirkət 5G şəbəkə dəstəkli 10 smartfon modeli təqdim edəcək.


    Gələn ilin birinci rübündə Snapdragon 865 prosessorlu smartfon satışını həmçinin OPPO şirkəti də planlaşdırır. Şirkət təmsilçiləri qeyd ediblər ki, onlar 5G texnologiyasına investisiyaların yatırılmasını davam etdirmək planındadırlar. Lenovo şirkəti isə qeyd edib ki, o, Snapdragon 865 və Snapdragon 735 prosessorlarına sahib bir neçə smartfonu satışa çıxartmaq niyyətindədir. Lakin şirkət konkret bir tarix səsləndirməyib. Nokia bildirib ki, o hal hazırda Snapdragon 735 prosessoruna sahib smartfon üzərində çalışır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi öz avtopilot texnologiyasını sərgiləyib (VİDEO)

Xiaomi şirkəti özünün avtomobillər üçün nəzərdə tutulmuş avtopilot sistemi barəsində ilk məlumatları..


Xiaomi Mi Pad 5 Pro planşeti, Watch S1 Pro smart saatı və naqilsiz Buds 4 Pro qu..

Qatlana bilən Xiaomi Mix Fold 2 və Redmi K50 Ultra smartfonları ilə yanaşı şirkət həmçinin Mi Pad 5 ..


Xiaomi insana bənzər CyberOne adlı robotu təqdim edib (VİDEO)

Xiaomi şirkəti insana bənzər CyberOne adlı robotu təqdim edib.


Samsung Galaxy Watch 5 smart saatları və naqilsiz Buds 2 Pro qulaqlıqları təqdim..

Samsung şirkəti qatlana bilən yeni smartfonları (Galaxy Z Fold 4 və Galaxy Z Flip 4) ilə yanaşı həmç..


Qatlana bilən smartfon, naqilsiz qulaqlıqlar və planşet: Xiaomi 11 avqustda təqd..

Xiaomi şirkəti 3 yeni məhsulunun tizer materiallarını təqdim edib.


Məşhur analitik Apple şirkətinin qarışıq reallıq cihazı haqqında yeni məlumatlar..

Analitikin sözlərinə əsasən şirkət il ərzində 1.5 milyon ədəd qarışıq reallıq cihazını satışa çıxart..

×