Snapdragon 875-in qiyməti ortaya çıxıb: Gələn il ucuz flaqman smartfonları gözləmək lazım deyil

Snapdragon 875-in qiyməti ortaya çıxıb: Gələn il ucuz flaqman smartfonları gözləmək lazım deyil

Texnologiya
29.06.2020 PAYLAŞIM

    Bu il bir çox smartfon istehsalçıları öz flaqman smartfon modellərinin qiymətlərini nəzərə çarpacaq dərəcədə qaldırdılar. Bu, ilk növbədə Qualcomm Snapdragon 865 prosessorunun qiymətinin yüksək olması ilə bağlıdır. İndi isə ortaya çıxmış məlumata əsasən gələn il flaqman smartfonların qiymətləri daha da artacaq. Bu barədə Gagadget saytı xəbər verib. Koreyanın Clien adlı forumundə Xiaomi şirkətnin imzaladığı sənəd ortaya çıxıb. Həmin sənədə əsasən yeni Sanpdragon 875 flaqman prosessorunun qiyməti 250$ təşkil edəcək.

    Bu qiymətə prosessorun özü və 5G şəbəkəsi üçün nəzərdə tutulmuş Snapdragon X60 5G modemi daxil olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, smartfon istehsalçıları hal hazırda aktual olan Snapdragon 865 prosessoru üçün Qualcomm şirkətinə 150$-160$ ödəyirlər. Başqa sözlə Snapdragon 875 prosessoru hal hazırda aktual olan Snapdragon 865-dən 100$ baha qiymətə satılacaq. Əgər bu məlumat həqiqətə uyğundursa deməli gələn il ucuz qiymətə sahib flaqman smartfon modellərini gözləmək lazım deyil.


    Son məlumat sızıntılarına əsasən Snapdragon 875 prosessoru Cortex-X1Cortex-A78 nüvələrinə sahib olacaq. Bununla yanaşı prosessor Adreno 660 qrafik çipi, təsvirin emal olunması üçün Spectra 580 modulu, Qualcomm (SPU250) təhlükəsizlik çipi, LPDDR5 SDRAM standartlı RAM dəstəyi və aşağı enerji sərfiyyatlı audiosistem ilə təchiz olunacaq. Ənənə üzrə Qualcomm şirkəti yeni prosessoru bu ilin sonunda təqdim etməlidir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung yeni nəsil Exynos prosessorlarının yaradılması üçün ARM və AMD ilə birlə..

Samsung şirkəti təkcə smartfon istehsalı ilə məşğul olmur. O həmçinin öz bəzi smartfonlarında Qualco..


SpaceX-in Starlink peyk internetinin ilk test nəticələri ortaya çıxıb

İyun ayında SpaceX şirkəti Starlink peyk internetinin testi üçün sorğuların qəbuluna start vermişdi...


Şirkətin yeni layihəsi: Huawei Kirin prosessorlarını fərdi şəkildə istehsal etmə..

Ortaya çıxmış yeni məlumata əsasən Huawei şirkəti fərdi şəkildə prosessor istehsalına başlamağı plan..


Tesla-dan smart saat?: Şirkətin adı smart saat tərtibatçıları siyahısında aşkar ..

Bəzən Tesla brendi altında təkcə elektromobillər deyil həm də digər məhsullar da satışa çıxırlar. Be..


Youtube kanalı OWC 27 düyümlük iMac-ı tamamilə sökdü: Nələr dəyişib?

Youtube kanalı olan OWC Apple-a məxsus olan 27 düyümlük iMac kompüterini tamamilə sökdü. Bəs nələr d..


Bütün yeni prosessorlarda təhlükəli boşluqlar aşkarlandı: Intel, ARM, IBM və AMD..

İntel, ARM, İBM və AMD şirkətlərinə məxsus yeni və müasir prosessorlarda təhlükəli boşluqlar aşkarla..

×