Snapdragon 8cx Gen 4 prosessoru Apple M2-ni üstələyə bilib

Snapdragon 8cx Gen 4 prosessoru Apple M2-ni üstələyə bilib

Texnologiya
14.09.2023 PAYLAŞIM

    Qualcomm şirkəti smartfonlarla yanaşı həmçinin kompüterlər üçün də prosessorların hazırlanması ilə məşğul olur. Şirkət hal hazırda bu istiqamətdə Snapdragon 8cx Gen 4 adlı yeni prosessoru üzərində çalışır. Ortaya çıxmış yeni məlumata əsasən şirkət bu yeni prosessorun hazırlanması prosesində ciddi nailiyyətlər əldə edib. Qeyd etmək lazımdır ki, Snapdragon 8cx Gen 4 öz növbəsində Apple şirkətinin M seriyasına daxil olan prosessorları ilə rəqabət aparmalıdır.

    Məlumata əsasən Qualcomm-un kompüterlər üçün nəzərdə tutulmuş prosessorunda Oryon adlı fərdi nüvələrə keçid etməsi öz bəhrəsini verib. Belə ki, Snapdragon 8cx Gen 4 prosessoru performans baxımından Apple M2-ni bir qədər üstələyir. Lakin qeyd etmək lazımdır ki, Apple M2 prosessoru bir neçə versiyaya sahibdir. Söhbət Apple M2 Pro, M2 MaxM2 Ultra-dan gedir. Snapdragon 8cx Gen 4-ün bu prosessorlar qarşısında hansı nəticələrə sahib olduğu bilinmir. Məlumata əsasən Snapdragon 8cx Gen 4 prosessoru 3 versiyaya sahibdir və onların hamısı özlərində 12 ədəd nüvəni birləşdirirlər.




DAHA ÇOX


Google Fitbit Charge 6 smart qolbağını təqdim edib - QİYMƏTİ

Google şirkəti 2021-ci ildə smart qolbaq istehsalçısı olan Fitbit-i almışdı. İndi isə şirkət sözüged..


Lenovo şirkəti Tab M11 planşeti üzərində çalışır

Lenovo şirkəti bu ilin əvvəlində 5G dəstəkli Tab M10 planşetini təqdim etmişdi.


OnePlus Buds Pro 3 naqilsiz qulaqlığının fotoları təqdim edilib

OnePlus şirkətinin hal hazırda üzərində çalışdığı yeni məhsullardan biri də OnePlus Buds Pro 3 adlı ..


ChatGPT dəstəkli smart eynək təqdim edilib - QİYMƏTİ

Solos adlı şirkət süni zəka əsaslı ChatGPT çat-botuna sürətli keçid funksiyasına sahib AirGo 3 adlı ..


Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, OpenAI CEO-su ilə süni zəka dəst..

The Information saytının verdiyi məlumata əsasən Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, Ope..


Meta Quest 3 qarışıq reallıq cihazının satış tarixi açıqlanıb (VİDEO)..

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Meta Quest 3 qarışıq reallıq (AR + VR) cihazın..

×