
Snapdragon ailəsinin yeni əjdahası. Snapdragon 845-in bütün texniki göstəriciləri təqdim olundu
Elm & Texnologiya
07.12.2017
Yeni Snapdragon 845 prosessorunun anonsundan sonra “Qualcomm” şirkəti bu prosessor barəsində ikinci tədbiri keçirtdi.
Həmin tədbirdə şirkət Snapdragon
845 barəsində tam ətraflı məlumat verdi. Qeyd etmək laızmdır ki, Snapdragon 845
əvvəlki versiyaya nisbətən 30% daha enerqoeffektiv oldu. Bir kristallı yeni
sistem 8 nüvəli Kryo 385 çipi ilə təchiz olunub. Onlardan 4 yüksək perfomanslı
nüvə 2.8 GHz tezlikdə, 4 enerqoeffektiv nüvə isə 1.8 GHz tezlikdə çalışır.
Lakin nüvələrin arxitekturası Snapdragon 835 prosessorundakı kimidir. Qrafik
nüvə qismində Snapdragon 835 Adreno 630-a sahibdir. Bundan əlavə olaraq yeni
qrafik nüvə saniyədə 60 kadr keyfiyyətli 4K HDR videoçəkiliş özəlliyini də
özündə daşıyır.
Şirkətin verdiyi məlumata əsasən yeni qrafik göstərici əvvəlkindən
30% daha güclü və enerqoeffektiv olub. Bundan əlavə olaraq qrafik çip təsvirin
yaxşılaşdırılması üçün Spectra 280 prosessoruna sahibdir. Spectra 280 həmçinin
kameraya daha çox rəng tutmağa və Rec.2020 standartına uyğun işıq qammasını
genişləndirmək imkanını verir. Snapdragon 845 süni zəka ilə çalışmaq üçün ayrıca
block-a sahib olmasa da, smartfonu virtual cihaz qismində istifadə edə bilər.
Belə ki, bu prosessora sahib olacaq smartfonlar real zaman ərzində istifadəçinin
vəziyyətini təyin edərək onu virtual mühitdə əks etdirə biləcəklər.
Bundan əlavə
olaraq yeni prosessor həmçinin göz hərəkətlərinin təyin olunması funksiyasını
da əldə edib. Snapdragon 845 mobil prosessoru Secure Processing Unit adlı
proqram təminatı block-u ilə təmin olunub. O isə öz növbəsində istifadəçi məlumatlarının
təhlükəsizliyini təmin edir və istifadəçinin biometrik məlumatlarına girişdən
cavabdeh olur. Yeni Snapdragon X20 LTE modemi isə məlumatların saniyədə 1.2
Gbit sürətlə ötürülməsinə şərait yaradır. Snapdragon 845 prosessoruna sahib
olacaq ilk smartfonlar 2018-ci ilin əvvəlində çıxacaq. Onlardan ən birincisi isə
çox güman ki, Galaxy S9 olacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...