
Süni zəka xəstə qadının həyatını necə xilas edib?
Elm & Texnologiya
07.05.2017
Farid
Technote.az-ın "Hi-tech.mail.ru” saytına istinadən verdiyi xəbərə əsasən Tokio Tibbi Araşdırmalar İnstitutunun mütəxəssisləri süni zəkanın köməkliyi ilə xərçəng xəstəliyindən əziyyət çəkən xəstə qadının həyatını xilas ediblər.
Qadın xərçəngin nadir növündən əziyyət çəkirdi. IBM Watson sistemi
isə həkimlərin səhvini düzəldərək düzgün diaqnoz təyin edib. Xəstəyə kəskin
mieloid leykoz diaqnozu qoyulmuş və diaqnozla bağlı müalicə prosesi təyin
edilmişdir. Lakin müalicə heç bir nəticə vermədi. Onda həkimlər süni zəkaya
müraciət etmək qərarına gəldilər. Həkimlər IMB Watson-a xəstənin simptomlarını
daxil ediblər. Sistem isə xərçəng ilə bağlı 20 milyon kliniki araşdırma nəticələrini
həkimlər tərəfindən təqdim olunmuş simptomlar ilə müqayisə edib. Süni zəka müəyyənləşdirib
ki, qadın xərçəngin digər növündən əziyyət çəkir. Yəni onu başqa üsul ilə
müalicə etmək lazımdır. Yeni müalicə üsulu isə müsbət nəticələr verib. Müalicə
prosesində həmkarları ilə iştirak etmiş Arinobu Tojo bununla bağlı fikrini belə
ifadə edib. "Yaponiyada süni zəka ilk dəfə xəstənin həyatını xilas etmək üçün
lazım olub” – deyə Arinobu Tojo bildirib.
Paylaş
Bənzər xəbərlər