main-post-cover

    'SoftBank' 'Uber'ə investisiya yatırır və onun dəyərini aşağı salır

    Elm & Texnologiya
    02.01.2018
    Farid Pardashunas
    Müqavilə bu ilin əvvəlində baş tutacaq.
    Beləliklə “Uber” öz biznesinin bir hissəsini Yaponiyanın “SoftBank” holdinqinə satmasını təsdiq etdi. Bu barədə Reuters saytı xəbər verib. “Uber” təmsilçilərinin verdikləri məlumata əsasən müqavilə bu ilin əvvəlində bağlanacaq. Şirkət həmçinin xəbər verib ki, müqavilənin baş tutması üçün investorlar yetəri qədər səhm satmağa razılıq veriblər. Müqavilə əsnasında “Uber”in qiyməti 48 milyard dollar dəyərində qiymətləndirilib. Onun əvvəlki dəyəri isə 68 milyard dollar təşkil edirdi. Yəni şirkət əvvəlkindən 30% aşağı dəyərləndirilib.
    Bu razılaşma “Uber”in korporativ mədəniyyətindəki idarəetməyə dəyişikliklər gətirəcək. Mənbələrədən birinin məlumatlarına əsasən Dragoneer Investment Group konsorsiumu “SoftBank” holdinqin rəhbərliyi ilə “Uber”in 17.5%-ni əldə edəcək. Müqavilə çərçivəsində holdinq taksi servisinə həmçinin 1.25 milyard dollar investisiya yatıracaq. Digər məlumatlara əsasən isə “SoftBank” “Uber”in 15%-ni əldə edəcək, qalan 3% isə konsorsiumun öhdəliyinə düşəcək. Reuters-in məlumatına əsasən “Uber” idarə heyətinin sayını 11-dən 17-ə qaldıracaq, bəzi səhmdarların səsvermə hüquqlarını və şirkətin təsisçisi Travis Kalanick-in rolunu məhdudlaşdıracaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər