main-post-cover

    Son 10 ildə ən çox yüklənən 10 mobil tətbiq (Siyahı)

    Elm & Texnologiya
    17.12.2019
    Nijat Hamid
            Mobil cihazlarda hər gün milyonlarca tətbiq yüklənib silinir. Son 10 ildə ən çox yüklənən 10 mobil tətbiqin siyahısı açıqlandı. Qeyd edək ki, bura Android iOS platforması daxildir və cihazların üzərində gələn tətbiqlər siyahıya daxil edilmir. Əks halda siyahının doğruluğu qeyri-müəyyən olardı. Siyahıya baxdıqda heç də təəccüblü olmayan bir sıralama ilə qarşılaşırıq. Sosial media tətbiqləri lider mövqedədirlər.

    Son 10 ildə yüklənən 10 mobil tətbiqin sıralaması çıxdı. Liderlik Facebook şirkətindədir.

    1. Facebook

    2. Facebook Messenger

    3. WhatsApp

    4. Instagram

    5. Snapchat

    6. Skype

    7. TikTok

    8. UC Browser

    9. YouTube

    10. Twitter

            Göründüyü kimi siyahıya Facebook Facebook-a aid tətbiqlər liderlik edir. Milyonlarca istifadəçi olan Facebook son 10 ildə ən dominant tətbiq olub. 2-ci sıranın isə Messenger olması çox normaldır. Facebook yüklədiyiniz halda Messenger-in yüklənilməsi şərtdi. Əks halda inbox-a baxmaq mümkün olmur. Buna bir növ Facebook-un məcburiyyəti demək olar. Hər nə qədər istifadəçi itirən platforma da olsa Snapchat yenə yüklənmə sayı olaraq 5-ci sıraya yerləşə bilib. Siyahıda ən diqqət çəkən tətbiqlər TikTok UC Browser tətbiqləridir.
            Qeyd edək ki, TikTok yeni bir platforma olmasına baxmayaraq indidən ən çox yüklənənlər siyahısına daxil ola bilib. Digər maraqlı tətbiq isə UC Browser tətbiqidir. Alibaba şirkəti tərəfindən dəstəklənən və Asiya ölkələrində ciddi dərəcədə sevilən tətbiq bu siyahıya girən tək brauzer tətbiqidir. Bir çox funksiyalara malik tətbiq istifadəçilər tərəfindən bir xeyli sevilir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər