
Son 5 ildə İT sahəsində böyük şirkətlər tərəfindən alınmış vacib və maraqlı layihələr
Elm & Texnologiya
16.09.2017
Emil
Son 5 ildə İT sahədə layihələrin alınması ilə bağlı ən vacib
və qeyri-adi müqavilələr.
2012-ci il Aprel ayı: “Facebook”, Instagram-ı 1 milyard dollara aldı:
Həmin
vaxtda “Facebook”,
özünün foto tətbiqini yaradırdı. Buna görə də şirkətin, Instagram-ı alması heç
kimi təəccübləndirmədi. Lakin müqavilənin dəyəri təəccübləndirməyə bilməzdi.
Belə ki, nəzərə alsaq ki, Instagram həmin dövrdə gəlir gətirmirdi, 1 milyard
dollarlıq qiymətləndirmə çox qeyri-adi səslənirdi. Buna baxmayaraq hər iki şirkət
bu müqavilə ilə razılaşdı. Bir neçə müddət bundan öncə maliyyə məlumatlarının
paylaşılması çərçivəsində “Facebook” bildirdi ki, Instagram-ın istifadəçi
bazası artıq 700 milyon insan təşkil edir. Bu çox təqdirəlaiq nəticədir. Belə
ki, Instagram-ın alışı zamanı onun istifadəçi bazası sadəcə 30 milyon insan təşkil
edirdi. Instagram-ın hansı üsul ilə gəlir gətirməsi məsələsi hələki sirr olaraq
qalır. Lakin buna baxmayaraq servisdə Stories (Snapchat-dan kopyalanmış özəllik) funksiyası o qədər uğurlu oldu ki, Snapchat-ın istifadəçi bazasına da təsir etdi. Bu hadisəni,
2013-cü ildə Snapchat-ın CEO-su Evan Spiegel-in, öz layihəsini, “Facebook”a 3
milyard dollar qiymətinə satmaması nəticəsində edilmiş qisas kimi adlandırmaq
olar.
2013-cü il May ayı: “Yahoo”, Tumblr-ı, 1.1 milyard dollara aldı:
“Yahoo” düşünürdü ki, bu müqavilə sayəsində o, gənc istifadəçi auditoriyasını öz tərəfinə çəkə biləcək. Platforma istifadəçiləri isə bu xəbərə elə reaksiya verdilər ki, sanki onların valideynləri onların yerinə Tumblr-da blog inkişaf etdirməyə qərar veriblər. Baxmayaraq ki, “Yahoo”nun CEO-su Marissa Mayer, platformanın əvvəlki nüfuzunu saxlayacağına söz vermişdi, şirkətin bu platformanı alması nəticəsində o qədər də gözlənilən uğur əldə olunmadı.
2013-cü il İyun ayı: “Google”, Waze tətbiqini, 1.1 milyard
dollara aldı:
“Google”,
uzun müddət idi ki, naviqasiya tətbiqlərinə maraq salmışdı. Lakin Waze tətbiqinin
alışı barəsində xəbərin çıxması, sözün əsl mənasında təəccüblü idi. Güman olunurdu
ki, həmin tətbiqi ya “Facebook”,
yadaki “Apple” alacaq.
2013-cü il Avqust ayı: “Amazon”, Twitch-i, 1 milyard dollara aldı:
Waze
tətbiqində olduğu kimi Twitch servisinin
də digər şirkət tərəfindən alınacağı güman olunurdu. Bir çoxları düşünürdü ki,
həmin şirkət, “Google” olacaq. Lakin nəticədə servisi, “Amazon” aldı.
2013-cü il Sentyabr ayı: “Microsoft”, Nokia-nın telefon biznesini, 7.2 milyard dollara
aldı:
Bir çoxları bu cür addımı gözləməsələr də, təəccüb hissi demək
olar ki, yox idi. Belə ki, Windows Phone-nun yaradılması üzrə bu iki şirkət
artıq bir yerdə çalışmışdılar. Ən böyük səs küyü isə bu müqavilənin nəticəsi
yaratdı. Belə ki, o, uğursuz oldu. 2015-ci ildə “Microsoft” bildirdi ki, o,
mobil şöbədə çalışan 7800 işçini işdən azad edir. Bu isə ona görə baş vermişdi
ki, şöbə böyük idi və gözlənildiyindən daha az gəlir gətirirdi.
2014-cü il Yanvar ayı: “Google”, Deepmind startapını, 500 milyon dollardan yüksək qiymətə
aldı:
2014-cü ildə bağlanmış bu müqavilə hamını şoka salmışdı. Belə
ki, demək olar ki, heçkim süni zəka sahəsində fəaliyyət göstərən bu startap
haqqında məlumata sahib deyildi. Həmin vaxtdan Deepmind-ın texnologiyaları özlərini
yaxşı sərgilədi. Sözügedən startap tərəfindən yaradılmış süni zəka, stolüstü
oyun olan Go-da dünya çempionuna qalib gəlmişdi.
2014-cü il Fevral ayı: “Rakuten”, Viber-i, 900 milyon dollara aldı:
Yaponiyanın “Rakuten” adlı elektron ticarət şirkəti ilə Viber messencerinin birliyi, əhəmiyyətli hadisələrdən biri idi. Lakin həmin hadisədən bir həftə sonra “Facebook”, WhatsApp-ı, 19 milyard dollara aldığını bildirdi və beləliklə bütün diqqətləri öz üzrəinə çəkdi. Hal hazırda Viber-dən 800 milyona yaxın insan istifadə edir. Lakin bütün bu vaxt ərzində onun istifadəçi bazasının necə böyüdüyü haqqında məlumat verilmir. Buna görə də onun statistikalarını WhatsApp-la və ya digər rəqiblərlə müqayisə etmək olmur.
2014-cü il Fevral ayı: “Facebook”, WhatsApp-ı, 19 milyard dollara aldı:
Bu müqavilə haqqında şaiyələr hələ 2012-ci ildə gəzirdi.
Lakin həmin vaxtlarda insanlar, messencerləri sadəcə olaraq SMS-i əvəzləyən
bir xüsusiyyət kimi qəbul edirdilər. Lakin 2 ildən sonra şirkətin, messenceri,
19 milyard dollara alması xəbəri çıxanda hamı şokda idi. Müqavilənin bağlanması
zamanı sözügedən messencerdən 450 milyon çox insan istifadə edirdi. Onlardan
70%-i isə messencerə hər gün daxil olurdu. Bu ilin İyul ayında isə “Facebook”
bildirdi ki, messencerin günlük istifadəçi bazası, 1 milyard insan təşkil edir.
2014-cü il Mart ayı: “Facebook”, Oculus Rift-i, 2 milyard dollara aldı:
Həmin vaxtda bu cür müqavilənin bağlanması, bir çoxları üçün
gözlənilməz oldu. Nəyə görə sosial şəbəkə, virtual reallıq startapına
milyardlarla dollar pul xərclədi?
Hələki virtual reallığın tam potensialı sərgilənməyib. Lakin demək olar
ki, hər bir böyük texnoloji şirkət (“Google”, “Samsung”, “HTC”, “Intel”, “Qualcomm”
və digərləri), özünün VR cihazını istehsal edib. Buna görə də “Facebook”un
planlarını başa düşmək olar.
2015-ci il Oktyabr: “Dell”, “EMC”-ni,
67 milyard dollara aldı:
Bu nəinki ən böyük bağlanmış müqavilə, həmdə ən gözlənilməzi
idi. “EMC”nin Avropa, Afrika və Yaxın Şərq regionlarının texnologiya sahəsi üzrə
prezidenti Adrian McDonald bildirmişdi ki, şirkət, alıcı axtamırdı. Bu baxımdan
“Dell”in sözügedən təklifi çox gözlənilməz olmuşdu.
2016-cı il İyul ayı: “Microsoft”, LinkedIn-i, 26.2 milyard dollara aldı:
Müqavilənin dəyərinin bu qədər yüksək olmasına baxmayaraq,
o, tamamilə gözlənilən idi. Belə ki, “Microsoft”, uzun müddət idi ki,
korporativ sosial şəbəkələr ilə maraqlanırdı. 2012-ci ildə o, Yammer şəbəkəsini,
1.2 milyard dollara almışdı. Bir sıra şaiyələrə əsasən isə şirkət, keçən il Slack-ı,
8 milyard dollara almağı planlaşdırırdı.
2016-cı il Avqust ayı: “Didi Chuxing”, Uber China-nı aldı:
Çinin ən böyük taksi sifarişi tətbiqi olan Didi Chuxing, “Uber”in Çindəki şöbəsi ilə
35 milyard dollara birləşməyi qərara aldı. Həmin vaxtda şirkətin CEO-su olmuş
Travis Kalanick üçün bu çox böyük zərbə idi. Belə ki, düşünürdü ki, dünyanın ən
böyük internet bazarlarından birini ələ keçirdə biləcək.
2017-ci il Yanvar ayı: “Cisco”, online monitorinq servisi olan AppDynamics-i, 3.7
milyard dollara aldı:
Bu müqavilənin bağlanması çox təəccüblü idi. Belə ki,
müqavilənin bağlanması barədə xəbər, AppDynamics-in, IPO-ya çıxmasına bir neçə
gün qalmış elan olundu. Müqavilədən öncə sözügedən startap, 1.9 milyard dollar
dəyərində qiymətləndirilirdi. Müqavilədən sonra isə onun dəyəri iki dəfə
qalxdı.
2017-ci il İyun ayı: “Amazon”, orqanik qidalar satışı ilə məşğul
olan “Whole Foods” mağazalar şəbəkəsini, 13.7 milyard dollara aldı:
Bu müqavilə, “Amazon”un ərzaq biznesini genişləndirdi və ərzaq
çatdırılması ilə məşğul olan startapların narahatçılığına səbəb oldu. Hətta Walmart,
Target və Costco kimi böyük mağazalar şəbəkələri də narahat içərisində idilər.
Belə ki, bu mağazalar şəbəkələrinin səhm qiymətləri aşağı düşmüşdü.
Mənbə: www.Techcrunch.com (Catherine Shu)
Paylaş
Bənzər xəbərlər