
Son Dəqiqə: Microsoft şirkəti rəsmi olaraq GitHub platformasını 7.5 milyard dollara aldı
Elm & Texnologiya
04.06.2018
Microsoft şirkəti İT layihələrin
kodlarının saxlanması üçün nəzərdə tutulmuş GitHub platformasını aldığını təsdiqlədi.
Müqavilənin dəyəri 7.5 milyard dollar təşkil edib. Microsoft bu məbləği səhmlər
şəklində ödəyəcək. Öz növbəsində Microsoft açıq mənbə kodlu layihələrin
inkişafını hədəfləyir. Bu barədə şirkətin CEO-su Satya Nadella bildirib. O əlavə
edib ki, Microsoft şirkəti GitHub tərtibatçılarının istifadə etdikləri
proqramlaşdırma dilləri, texnologiyalar və bulud servisləri üzrə onları məhdudlaşdırmayacaq
və GitHub bütün tərtibatçılar üçün açıq platforma kimi öz varlığını davam etdirəcək.
“İlk öncə biz GitHub tərtibatçılarının imkanlarını genişləndirəcəyik. İdeyadan tutmuş birgə iş və ideyanın bulud servisdə layihəyə çevrilməsinə kimi. GitHub bütün tərtibatçılar üçün açıq platforma kimi qalacaq. Növbəti mərhələdə biz öz satış şöbəmizdən, tərəfdaşlıq kanallarımızdan istifadə edərək və Microsoft-un xidmət ilə qlobal bulud infrastrukturuna keçid şəraitini təqdim edərək GitHub istifadəsini korporativ tərtibatçılar üçün təkmilləşdirəcəyik. Nəticədə biz Microsoft servisi və alətlərini daha geniş tərtibatçılar cəmiyyətinə təqdim edəcəyik” – deyə Satya Nadella bildirib.
Hər iki tərəf bu müqavilənin 2018-ci il ərzində
bağlanacağına ümid edir. GitHub-ın inkişafına Xamarin şirkətinin təsisçisi Nat
Friedman cavabdeh olacaq. O və GitHub-ın hal hazırki rəhbəri Chris Wanstrath (Microsoft-da
texniki mütəxəssis vəzifəsində çalışacaq) Microsoft şirkətinin bulud servisləri
və süni zəka texnologiyası üzrə vitse prezidenti Scott Guthrie önündə
cavabdehlik daşıyacaqlar.
Soldan sağa: GitHub-ın rəhbəri Chris Wanstrath, Microsoft-un vitse prezidenti Nat Friedman, Microsoft şirkətinin CEO-su Satya Nadella və Microsoft şirkətinin maliyyə direktoru Amy Hood.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...