
Son Dəqiqə: Samsung şirkəti Galaxy Note 9 və Galaxy Watch'u təqdim etdi
Elm & Texnologiya
09.08.2018
Emil
Nəhayət ki, Samsung şirkəti Galaxy Note 9 smartfonunu təqdim
etdi. Yeni model flaqman özəlliklər, təkmilləşdirilmiş kamera, yeni S Pen
funksiyaları və böyük həcmli batareya əldə edib. Beləliklə Galaxy Note 9 HDR10
dəstəkli 6.4 inç Quad HD+ (2960x1440 piksel keyfiyyətli) keyfiyyətli Super
AMOLED ekrana sahibdir. Smartfonun kənar hissələri əvvəlki modellərdə olduğu
kimi əyilmiş formadadır. Çərçivələr isə bir qədər nazikləşdirilib. Əsas texniki
göstəricilərə gəldikdə isə Galaxy Note 9 2.8 GHz tezlikdə çalışan 8 nüvəli
Snapdragon 845 / 2.7 GHz tezlikdə çalışan 8 nüvəli Exynos 9810 prosessoru
(satışa çıxacaq ölkədən asılı olaraq prosessorlar dəyişir), 6/8 GB RAM, 128/512
GB daxili yaddaş və Quick Charge 2.0 sürətli enerji yığma özəllikli 4000 mAh
enerji tutumlu batareya ilə təchiz olunub.
Smartfon 12 MP + 12 MP ikili arxa
kamera və f/1.7 diafraqmalı 8 MP-lik ön kameraya sahibdir. Arxa kameraların əsas
özəlliklərindən biri də f/1.5 diafraqmasından f/2.4 diafraqmasına keçid etmək
mümkünlüyüdür. Bunun sayəsində yaxşı işıqlandırılmamış mühitdə daha keyfiyyətli
fotolar əldə etmək olar. Həmçinin kameralar, optik stabilizasiya, optik və rəqəmsal
zoom, 2160p keyfiyyətində və Super Slow-Mo videoçəkiliş özəlliklərini dəstəkləyir.
Barmaq izi skanı texnologiyası arxa kameranın aşağı hissəsində yerləşir.
Smartfonun sol tərəfində səsin tənzimlənməsi düymələri və Bixby səsli köməkçisinin
aktiv edilməsi üçün düymə yerləşir. USB Type-C girişi, 3.5 mm-lik audiogiriş və
S Pen stilusu üçün xüsusi yer smartfonun aşağı hissəsində yerləşir. Həmçinin
Galaxy Note 9 iki SIM kart girişini və 1 TB-a kimi microSD özəlliyini dəstəkləyir.
Smartfonda bu qədər sayda girişin olmasına baxmayaraq IP68 standartı üzrə sudan
və tozdan qorunma xüsusiyyəti smartfonu layiqincə qoruyur.
Galaxy Note
seriyasının digər modellərdən fərqləndirən əsas özəlliyi onun S Pen adlı
stilusa sahib olmasıdır. Galaxy Note 9-da olan yeni S Pen stilusu isə Bluetooth
modul ilə təchiz olunub. Bunun sayəsində ondan uzaq məsafədə idarəedici kimi
istifadə etmək olar. Bununla yanaşı S Pen həmdə smartfon kamerasının və media
kontentin idarəsi, təqdimat zamanı slaydların dəyişdirilməsi kimi funksiyaları
dəstəkləyir. Stilus smartfonda yerləşən zaman avtomatik olaraq şarj olunur.
Barmaq izi skanından başqa smartfon həmçinin göz qişası skanı və Face Unlock
texnologiyasına da sahibdir. Beləliklə 6 GB RAM və 128 GB daxili yaddaşa sahib
versiya 1000$, 8 GB RAM və 512 GB daxili yaddaşa sahib versiya isə 1250$ qiymətinə
satılacaq. Satışlara 24 Avqust tarixindən start veriləcək.
Galaxy Note 9 smartfonundan əlavə olaraq Samsung şirkəti həmdə
özünün yeni smart saat modelini təqdim etdi. Yeni smart saat modeli Galaxy Watch
adlanır. Yeni Galaxy Watch iki ölçüdə satışa çıxarılacaq: 46 mm və 42 mm. Buna
baxmayaraq hər iki versiya böyük ölçüdə fiziki düymələrə sahibdir. Hər iki smart
saat versiyası MIL-STD-810G standartı üzrə sertifikatlaşdırılıb. Buna görə də
onlar rahatlıqla 50 metr su dərinliyinə dözə bilərlər.
Hər iki versiya 2 nüvəli
Exynos 9110 prosessoru, 768 MB RAM və 4 GB daxili yaddaş ilə təchiz olunub.
Smart saatlar Wearable OS 4.0 əməliyyat
sistemi vasitəsilə çalışırlar. Galaxy Watch yenilənmiş S Health tətbqini dəstəkləyir
və ürək döyüntülərinin təyin olunması üçün ötürücülər ilə təchiz olunub. Həmçinin
smart saat stress vəziyyətini təyin edir və ona idmanla bağlı məşqləri xatırladır.
Galaxy Watch-da həmçinin Bluetooth 4.2, Wi-Fi, NFC və GPS texnologiyaları da
var. 42 mm ölçüyə sahib versiya 270 mAh, 46 mm ölçüyə sahib versiya isə 472 mAh
enerji tutumlu batareya ilə təchiz olunub. Smart saatların çıxış tarixi hələki məlum olmasa da onların Galaxy Note 9 ilə bir gündə satılacağı güman olunur. Onların təqribi qiyməti isə 349$ təşkil edə bilər.
Paylaş
Bənzər xəbərlər