Son zamanlarda Starlink peyk internetinin sürəti aşağı düşməyə başlayıb

Son zamanlarda Starlink peyk internetinin sürəti aşağı düşməyə başlayıb

Texnologiya
02.12.2022 PAYLAŞIM

    İnternet sürətinin ölçülməsi üçün nəzərdə tutulmuş məşhur Speedtest servisinin yaradıcısı olan Ookla şirkəti Starlink peyk interneti ilə bağlı maraqlı statistikanı təqdim edib. Statistikaya əsasən Starlink-in intermetə qoşulma sürəti ilə şəbəkə keyfiyyəti artıq ardıcıl üçüncü rübdür ki, aşağı düşürlər. Məlumata əsasən bu ilin üçüncü rübündə Starlink-in ortalama sürəti saniyədə 53 Mbit təşkil edib. Halbu ki, bu ilin ikinci rübündə sözügedən göstərici saniyədə 62.5 Mbit təşkil edirdi. Kanadada vəziyyət bir qədər yaxşıdır. Belə ki, bu ilin üçüncü rübündə Starlink-in Kanadada ortalama sürəti saniyədə 65.8 Mbit təşkil edib.

    İkinci rübdə isə bu göstərici saniyədə 75.7 Mbit idi. ABŞ-dakı bəzi istifadəçilər hətta sürətin saniyədə 5 Mbit-ə kimi düşməsini də müşahidə ediblər. Bununla yanaşı ABŞ-da Starlink-in siqnal gecikməsi göstəricisi 67 millisaniyəyə, Kanadada isə 77 millisaniyəyə yüksəlib. Ookla şirkətinin mütəxəssisləri qeyd ediblər ki, Starlink-in bütün dünya üzrə istifadəçi kütləsi bu ilin ikinci rübündə 400 000 nəfərə çatıb. Görünür, bu öz növbəsində internet şəbəkəsi sürətinin aşağı düşməsinə səbəb olub. İnternet şəbəkəsinə olan yüklənmə problemini aradan qaldırmaq üçün SpaceX aylıq 1 TB trafik limitin keçilməsi halında internet sürətində məhdudiyyətlər tətbiq etməyə başlayıb.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının unikal özəllikləri barə..

Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz ilk qarışıq rea..


Xiaomi-nin ilk elektromobilinin dizayn özəllikləri sərgilənib

Xiaomi şirkəti öz ilk elektromobili barəsində istənilən məlumatı hələ ki, sirr olaraq saxlayır...


OnePlus-ın ilk mexaniki klaviaturasının fotosu təqdim edilib

91mobiles saytı OnePlus şirkətinin ilk mexaniki klaviaturasının fotosunu əldə edib və onun barəsində..


Samsung iki istiqamətdə qatlana bilən yeni ekranını sərgiləyib

Samsung-un tərkibinə daxil olan Samsung Display şirkəti Flex In & Out adlı yeni qatlana bilən ek..


Apple HomePod 2 smart səsgücləndiricisini təqdim edib - QİYMƏTİ

Apple şirkəti HomePod adlı smart səsgücləndiricisinin ikinci versiyasını təqdim edib.


Tesla-nın 2016-cı ildəki avtopilot sistemi videosu tamamilə quraşdırılma imiş (V..

Tesla şirkəti 2016-cı ildə Model X elektromobili ilə bağlı reklam videosu təqdim etmişdi.

×