main-post-cover

    Sony-dən orta büdcəli Xperia 10 II smartfonu

    Elm & Texnologiya
    24.02.2020
    Farid Pardashunas
        Xperia 1 II smartfon modelindən sonra Sony şirkəti həmçinin Xperia 10 II modelini də təqdim edərək büdcəli Xperia seriyasını genişləndirdi. Bu barədə Androidauthority saytı xəbər verib. Yeni smartfon əvvəlki model olan Xperia 10-dan Full HD+ keyfiyyətli 6 düym OLED ekranı əldə edib. Ekran üzərində heç bir çıxıntı hissə yoxdur və o, Gorilla Glass 6 qoruyucu şüşəsi ilə əhatə edilib. Bununla yanaşı Xperia 10 II modelinin gövdəsi IP65/68 standartı üzrə sudan və tozdan qorunma özəlliyini də özündə birləşdirir.
        Əsas texniki göstəricilərə gəldikdə, Xperia 10 II modeli 8 nüvəli Snapdragon 665 prosessoru, Adreno 610 qrafik sürətləndirici, 4 GB RAM, 128 GB daxili yaddaş həcmi, 8 MP (f/2.2 diafraqmalı) + 12 MP (f/2.0 diafraqmalı) + 8 MP (f/2.4 diafraqmalı) üçlü arxa kamera, 8 MP (f/2.2 diafraqmalı) ön kamera və 3600 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun əsas özəlliklərindən biri də odur ki, ona 3.5 mm-lik audiogiriş quraşdırılıb. Bu özəlliyə isə bir çox müasir smartfonlarda rast gəlmək qəliz məsələdir. Xperia 10 II bu ilin yaz fəslində satışa çıxacaq. Onun qiyməti barəsində məlumatı isə şirkət daha sonra verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər