
Sony-dən yeni möhtəşəm yenilik
Elm & Texnologiya
07.05.2017
Farid
"Sony", bütün səthləri ekrana çevirəcək yeni
proyektorunu IFA-da təqdim edib. Daha əvvəl Mobil Dünya Konqresində Xperia
telefonlarını təqdim edən Sony, fərqli cihazları ilə diqqət çəkməyi bacarıb. Bu
cihazlardan biri də Xperia proyektorudur. Xüsusi sensor sisteminə sahib olan bu
proyektor, olduğu səthi sensorlu ekrana çevirə bilir. Qeyd etdiyimiz kimi Mobil
Dünya Konqresində, Sony bu proyektorun ancaq sahib olduğu proqram və necə
çalışdığı haqda məlumat vermişdi. Berlində keçirilmiş mərasimdə proyektorun
necə çalışdığı nümayiş olunub. 21 inç-lik Xperia proyektor, çox uğurlu ekran
quruluşunu sahibdir. Hələki, bu cihazın qiyməti haqda heç bir
rəsmi məlumat verilməyib. Xperia proyektoru noyabr ayında satışa çıxarılacaq.
Paylaş
Bənzər xəbərlər