
Sony gələn il Playstation 5 Slim modelini təqdim edə bilər
Elm & Texnologiya
07.11.2022
Emil
Verilmiş məlumata əsasən gələn il Sony şirkəti Playstation 5-in yeni versiyasını təqdim edə bilər. Söhbət, Playstation 5 Slim modelindən gedir. Məlumatda həmçinin qeyd edilib ki, təqdim ediləcək yeni PLaystation 5-in adı tamamilə fərqli ola bilər. Məlumatda qeyd edilib ki, Sony tərəfindən hazırlanan yeni Playstation 5 modeli bir qədər fərqli dizayna sahib olacaq və adi Playstation 5-in komplektinə daxil olan altlıqdan məhrum olacaq.
Həmçinin yeni Playstation 5 modelinin ölçüsü də kiçiləcək və o, daha az enerji sərf edəcək. Onda təkmilləşdirilmiş soyutma sisteminin olacağı da gözlənilir. Yeni Playstation 5 modelinin istehsalına 2023-cü ilin ikinci rübündə, satışlarına isə üçüncü rübündə start veriləcək. İndiyənə kimi Sony Playstation konsollarının kiçik ölçülü modellərini Slim olaraq adlandırıb. Lakin məlumata əsasən gələn il üçün hazırlanan yeni Playstation 5 modelinin adında Slim sözü olmayacaq. Bu halda onun sadəcə Playstation 5 adını əldə edəcəyi güman edilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
