main-post-cover

    Sony öz mobil kamera sensorları üçün yeni brendini təqdim edib

    Elm & Texnologiya
    10.11.2022
    Emil Nəcəfov
        Sony şirkəti özünün Sony Semiconductor Solutions (SSS) şöbəsi çərçivəsində Lytia adlı yeni ticarət nişanını təqdim edib. Bu ticarət nişanı mobil cihazlar üçün nəzərdə tutulmuş kamera sensorlarının adlarında istifadə ediləcək. Qeyd etmək lazımdır ki, bu, texnologiya deyil. Lytia sadəcə olaraq brend adıdır. Faktiki olaraq bu ticarət nişanı Sony şirkətinin kamera sensorlarının hamı tərəfindən daha yaxşı tanınması üçün lazımdır. Məsələn Samsung şirkəti bu məsələdə ISOCELL brendinə sahibdir.
        “SSS mobil cihazlar üçün kamera sensorlarını 2003-cü ildən istehsal edir. Bu kamera sensorları smartfonların və digər mobil cihazların gözləri rolunda çıxış edirlər. Hal hazırda SSS sözügedən kamera sensorlarının satış göstəriciləri üzrə birinci yeri tutur. SSS istehsalı olan kamera sensorları yüksək keyfiyyəti təmin edirlər və istifadəçilərin öz cihazlarında zövq aldıqları yüksək keyfyyətli foto və video çəkilişləri mümkün edən aparıcı texnologiyalara sahibdirlər. SSS smartfon istehsalçıları da daxil olmaqla bir çox müştərisinin dəstəyini əldə edib. Bu isə öz növbəsində bütün dünyadakı smartfon istifadəçilərinə öz töhfəsini verdi. Lakin SSS istehsalı olan kamera sensorlarının, smartfonların foto və video çəkiliş imkanlarına konkret verdikləri töhfələr hələ geniş şəkildə tanınmır. Bu problemi aradan qaldırmaq üçün SSS Lytia adlı brendi təqdim etmək qərarını verib” - deyə Sony şirkətinin bəyanatında qeyd edilib.
    Linki kopyala