
"Sony" PlayStation 4-ün Slim və Pro modellərini təqdim edib
Elm & Texnologiya
07.05.2017
Farid
Dünən "Sony Interactive Entertainment” şirkəti tərəfindən keçirilmiş PlayStation Meeting 2016 tədbiri çərçivəsində PlayStation 4 Slim və PlayStation 4 Pro modelləri təqdim olundu.
Texniki göstəricilər baxımından PS4 Slim əvvəlki PS4 modeli
səviyyəsindədir. Fərq isə yeni modelin daha yığcam və yüngül korpusa sahib
olmasıdır. PS4 Slim-in standart komplektində 500 GB yaddaş həcmli konsol,
naqilsiz Dualshock 4 gamepadı, mono aksessuar, enerji yığma cihazı, USB və HDMI
naqilləri olacaq. PS4 Slim 15 Sentyabr tarixində 299$ qiymətinə satışa çıxacaq.
Hamı Slim versiyanın təqdim olunmasına sevinsə də bir
çoxları PS4-ün təkmilləşdirilmiş modelini görmək üçün tədbirə gəlmişdi. "Sony”
isə onları intizarda saxlamayıb həmin modeli təqdim etdi. Konsolunun təkmilləşdirilmiş
modeli PlayStation 4 Pro adlanır. Konsol 1 TB yaddaş həcmi ilə satışa çıxacaq və
399$ qiymətinə satılacaq. PS4-ün yeni versiyasını təqdim edən zaman şirkət rəsmiləri
bildiriblər ki, PS4 Pro ən yaxşı qrafik və vizual texnologiyaları özündə birləşdirir.
Yeni versiya 4K və High Dynamic Range (HDR) texnologiyasını dəstəkləyir. Şirkətin
verdiyi məlumata əsasən PS4 Pro-da oyunlar qrafik və mərkəzi prosessorlar
hesabına daha möhtəşəm görüntüyə sahib olacaqlar.
Şirkət bir sıra video yayım servisləri ilə sıx əməkdaşlıq
edir. PS4 Pro üçün bu üzrə xüsusi tətbiqlər hazırlanacaq. Məsələn yeni konsolda Netflix servisi vasitəsilə 4K formatlı videolara baxmaq mümkün olacaq. Buna
analoq tətbiqləri həmçinin YouTube da hazırlayır. Bununla yanaşı təsdiq olundu
ki, PS4 Pro 4K Blu-Ray-i dəstəkləməyəcək. Adi PS4 ilə PS4 Pro ümumi oyunları
paylaşacaqlar. Yəni yeni versiya üçün xüsusi eksklüziv oyunlar olmayacaq. Şirkət
bildirib ki, əgər sizin, yüksək keyfiyyətli görüntünü təmin edən televizorunuz
varsa və əgər həmin televizor 4K ilə HDR texnologiyalarını dəstəkləmirsə belə
PS4 Pro-da oyunları oynayarkən siz fərqi hiss edəcəksiniz. Bütün oyunlar 1080p-də çalışacaq. Pro versiyada, Slim versiyada olmayan optik audio giriş
olacaq. Qeyd edək ki, PS4 Pro 10 Noyabr 2016-cı il tarixində satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər