
Sony Playstation 5 Pro üzərində çalışır
Elm & Texnologiya
14.03.2023
Emil
Kompüter oyunları sənayesində məşhur insayderlərdən biri olan Tom Henderson öz mənbələrinə istinadən xəbər verib ki, Sony şirkəti Playstation 5-in güclü versiyası üzərində çalışır. Söhbət, Playstation 5 Pro-dan gedir. Henderson bildirib ki, Playstation 5 Pro 2024-cü ilin sonunda satışa çıxa bilər. Playstation 5 Pro-nun adi Playstation 5-dən konkret olaraq nə ilə fərqlənəcəyi bilinmir. Lakin bəzi məlumatlara əsasən Sony oyun konsolunun ən güclü versiyasında əsas diqqətini rey tracing texnologiysına ayıracaq. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Sony Playstation 5-in xüsusi versiyası üzərində çalışır və həmin xüsusi versiyanın əsas özəlliyi ondan ibarət olacaq ki, o, çıxarıla bilən disk drive hissəsini özündə birləşdirəcək. Henderson qeyd edib ki, bu, Playstation 5 Pro deyil. Playstation 5 Pro-nun nə zaman təqdim ediləcəyi barəsində məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
