
Sony Playstation VR2-də hansı brend prosessorun istifadə edildiyi məlum olub
Elm & Texnologiya
11.11.2022
Emil
Gələn həftə Sony şirkəti Playstation VR2-nin ön sifarişlərini qəbul etməyə başlayacaq. Sözügedən yeni VR cihazın texniki özəllikləri barəsində demək olar hər şey məlumdur. Sadəcə olaraq indiyənə kimi Playstation VR2-də hansı prosessordan istifadə edildiyi barəsində məlumat verilməmişdi. İndi isə bu məlumat da ortaya çıxıb. Sözügedən yeni VR cihaz barəsində heç gözlənilmədən MediaTek şirkəti danışıb. Qeyd etmək lazımdır ki, şirkət bu günlərdə MediaTek’s Executive Summit konfransını keçirdir.
Beləliklə məlum olub ki, Playstation VR2-də istifadə edilən prosessor məhz MediaTek şirkətinin prosessorudur. Bu cür məhsul MediaTek üçün bir ilkdir. Playstation VR2-də istifadə edilən MediaTek prosessorunun texniki özəllikləri barəsində məlumat verilməyib. Sadəcə olaraq belə bir nəticəyə gəlmək olar ki, həmin prosessor VR cihazın 4K HDR OLED ekranlarının, kameralarının, idarəetmə təchizatlarının və digər özəlliklərinin çalışmasını lazımi səviyyədə təmin edə bilir. Qeyd etmək lazımdır ki, Playstation VR2-nin satışlarına 22 fevral tarixində start veriləcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
