Sony, qarğıdalı dənələrini belə tikə bilən ultra dəqiq mikrocərrahi robotunu təqdim edib! (VİDEO)
Elm & Texnologiya
16.05.2024
Farid Pardashunas
Sony, qarğıdalı dənəsində kiçik bir kəsik yarada və kəsikləri tikə bilən ultra dəqiq mikrocərrahiyyə robotunu nümayiş etdirib. Robot həmçinin müxtəlif alətlər arasında avtomatik keçid də edə bilir.
Mikrocərrahiyyə, optik vasitələrdən və mikrocərrahi alətlərdən istifadə etməklə kiçik anatomik strukturlara cərrahi müdaxilələri əhatə edən cərrahi əməliyyatlara deyilir. Bu cür əməliyyatlar yüksək bacarıq tələb etsə də, onları yalnız məhdud sayda həkim və təsislər həyata keçirə bilər. Sony, bu qabaqcıl əməliyyatı həm müalicəni icra edənlər, həm də ona ehtiyacı olanlar üçün daha əlçatan hala gətirən cərrahi yardım robotunu təqdim edib. Robot sistem, əsasən cərrah tərəfindən idarə olunan stolüstü konsoldan və xəstə üzərində prosedurları yerinə yetirən robotdan ibarətdir. Cərrahın konsoldakı əllərinin hərəkətləri yüksək dəqiqliklə robot tərəfindən kopyalanaraq proses həyata keçirilir. Sony-nin sözlərinə görə, bu hərəkət miqyası texnikası, cərrahlara fiziki məhdudiyyətlərindən kənarda dəqiq əməliyyatlar həyata keçirməyə imkan verir.
Sony, həmçinin robotun avtomatik olaraq müxtəlif alətlər arasında keçid edə bilən ilk robot nümunəsi olduğunu və heyvan cərrahiyyəsində uğurla sınaqdan keçirildiyini bildirir. Bundan başqa, Sony, robotunun diametri 1 mm-dən az olan son dərəcə kiçik qan damarlarına və sinirlərə fokuslanan super mikrocərrahiyyə sahəsində cərrahlara kömək etmək üçün dizayn edildiyini vuruğulayır. Bu cür cərrahi əməliyyatlar inanılmaz dərəcədə dəqiqlik və sabit əllər tələb edir. Bu sahənin mütəxəssisləri, adətən mikroskopdan istifadə edərək bu tip prosesləri həyata keçirirlər. Digər tərəfdən, tibbin bu sahəsində həkimlərə kömək edən robotlar artıq bir müddətdir ki, mövcuddur. Bunlar tam avtonom süni intellektlə dəstəklənən robotlar deyil. Onlar cərrahların əl hərəkətlərini azaltmağına kömək edərək görmələrini böyütməyə imkan verən teleoperasiya alətləridir.
Sony-nin prototip robotu 4K Micro OLED displeyləri və stereoskopik 4K 3D kamera sistemi ilə təchiz edilib. Bu sistem cərraha real vaxt rejimində görüntülər təqdim edir. Sony, eyni zamanda bu robotu həkimlərlə də sınaqdan keçirir. Dr. Hisako Hara və Dr. Makoto Mihara, Sony-nin press-relizində bildirdiklərinə görə, robotdan olduqca təsirlənmiş görünürlər. Həkimlər robotun öz hərəkətləri ilə son dərəcə ahəngdar və təbii davrandığını vurğulayıblar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Orta büdcəli Sony Xperia 10 VI smartfonu təqdim edilib - QİYMƏTİ
Orta büdcəli Sony Xperia 10 VI smartfonu təqdim edilib - QİYMƏTİ
Sony şirkəti Xperia 1 VI flaqman smartfonu ilə yanaşı həmçinin Xperia 10 VI adlı orta büdcəli smartfonunu da təqdim edib.
Sony Xperia 1 VI flaqman smartfonu təqdim edilib
Sony Xperia 1 VI flaqman smartfonu təqdim edilib
Sony şirkəti daha öncə də söz verdiyi kimi Xperia seriyasının yeni flaqman smartfonunu təqdim edib. Söhbət, Sony Xperia 1 VI-dən gedir.
Yeni Sony Xperia smartfonlarının təqdimat tarixləri dəyişib
Yeni Sony Xperia smartfonlarının təqdimat tarixləri dəyişib
Bir neçə gün bundan öncə Sony şirkəti yeni Xperia smartfonlarının təqdimatlarını anons etmişdi. Yeni Xperia smartfonlarının təqdimatları 17 may tarixində baş tutmalı idi.
Təqdimata hazırlaşan orta büdcəli Sony Xperia 10 VI smartfonu Geekbench testlərindən keçib
Təqdimata hazırlaşan orta büdcəli Sony Xperia 10 VI smartfonu Geekbench testlərindən keçib
Sony şirkəti Xperia 1 VI flaqman smartfonu ilə yanaşı həmçinin orta büdcəli Xperia 10 VI smartfonunun da təqdimatına hazırlaşır.
Sony Xperia 1 VI flaqman smartfonunun promo materialları təqdim olunub
Sony Xperia 1 VI flaqman smartfonunun promo materialları təqdim olunub
Evan Blass adlı məşhur insayder təqdimata hazırlaşan Sony Xperia 1 VI flaqman smartfonuna dair promo materialları təqdim edib. Təqdim edilmiş promo materiallar sözügedən smartfonun xarici görünüşünü sərgiləyir və onun bəzi texniki özəlliklərini ortaya çıxarıblar.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!