main-post-cover

    Sony şirkəti 5K ekranlı yeni Xperia smartfonu üzərində çalışır

    Elm & Texnologiya
    19.07.2019
    Farid Pardashunas
        Məlumata əsasən Sony şirkəti Xperia seriyasının yeni flaqman smartfon modeli üzərində çalışır və həmin smartfonun əsas üstünlüyü keyfiyyətli ekranında olacaq. Bu barədə Sumahoinfo saytına istinadən Gagadget saytı xəbər verib. Məsələ burasındadır ki, məlumata əsasən Sony şirkətinin Xperia seriyasının yeni modelinin ekranı 5K keyfiyyətində olacaq. Bu isə 5040x2160 piksel keyfiyyəti deməkdir. Ekranın gövdəyə nisbəti isə Xperia 1 smartfonundakı kimi (21:9) olacaq.
        Bu cür ekranı Sony şirkəti kinematoqrafik adlandırır. Ekranın ölçüsü barədə heç bir məlumat verilməyib. Lakin əgər onun ölçüsü Xperia 1 modelindəki kimi 6.5 düym olsa piksellərin sıxlığı 643 PPI-dan 844 PPI-ya kimi yüksələcək. Sözügedən smartfon J8220 model nömrəsinə sahibdir. Artıq aydındır ki, bu, Xperia 1-in davamçısı olacaq. Böyük ehtimal ilə smartfon Xperia 1R adını əldə edəcək. Ola bilər ki, yeni smartfon modeli həmçinin 5G dəstəyini əldə etsin və ilk növbədə virtual reallıq həvəskarlarına şamil olunsun. Sony şirkətinin özü isə bu məlumata rəy bildirməkdən imtina edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər