Logo
    main-post-cover

    Sony şirkəti qatlana bilən Xperia smartfonu üzərində çalışır

        İnternetdə Sony şirkətinin öz ilk qatlana bilən smartfon modeli üzərində çalışdığı barəsində məlumat ortaya çıxıb. Bu barədə Sumahoinfo saytına istinadən Gagadget saytı xəbər verib. Məlumat sızıntısına əsasən şirkətin ilk qatlana bilən smartfon modeli Samsung istehsalı olan OLED ekranla təchiz olunacaq. Bununla yanaşı ekran 21:18 nisbətində olacaq.

        Qeyd etmək lazımdır ki, şirkətin hal hazırda aktual olan flaqman smartfonu Xperia 1 21:9 nisbətli ekrana sahibdir. Məlumatda qeyd olunub ki, smartfon Xperia F 5G adlanacaq. Adından da bəlli olduğu kimi Xperia F 5G smartfonu Huawei Mate X kimi 5G şəbəkələrini dəstəkləyəcək. Təqdim olunmuş məlumata inansaq, Xperia F 5G smartfonu gələn il PlayStation 5 konsolu ilə birlikdə təqdim olunacaq. Smartfon barəsində başqa bir məlumat yoxdur.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Sony şirkəti qatlana bilən Xperia smartfonu üzərində çalışır | Technote