Sony şirkəti Vision-S adlı konseptual elektromobilini təqdim etdi (VİDEO)

Sony şirkəti Vision-S adlı konseptual elektromobilini təqdim etdi (VİDEO)

Texnologiya
07.01.2020 PAYLAŞIM

    Sony şirkəti hal hazırda Las Veqasda keçirilən CES 2020 sərgisində öz konfransını keçirtdi və heç gözlənilmədən həmin konfrans çərçivəsində Sony Vision-S adlı konseptual elektrikli sedanı təqdim etdi. Elektromobilə konfransın sonunda bir neçə dəqiqə zaman ayrıldığına görə onun barəsində məlumat hələ azdır. Bu barədə The Verge saytı xəbər verib.


    Beləliklə təqdimat zamanı verilmiş məlumata əsasən sözügedən elektromobil saatda 100 km sürəti 4.8 saniyəyə yığır və iki mühərrikli elektromobilin maksimal sürəti saatda 239 km təşkil edir. Sony Vision-S daxildən və xaricdən 33 növ müxtəif ötürücülər və o cümlədən 360 Reality Audio adlı audiosistem ilə təchiz olunub. Elektromobilin daxilində bir neçə sensorlu ekran yerləşdirilib. Həmçinin arxa sərnişinlər üçün ön oturacaqların arxa hissələrində də sensorlu ekranlar var.

    Qeyd etmək lazımdır ki, sözügedən elektromobilin bir sıra komponentləri digər şirkətlər tərəfindən hazırlanıb. Məsələn onların arasında Bosch BlackBerry kimi şirkətlər var. Elektromobilin sahib olduğu platforma isə Magna şirkəti tərəfindən hazırlanıb. Bundan əlavə olaraq elektromobilin sahib olduğu platformadan digər nəqliyyat növlərində də istifadə etmək olar. Məsələn off-road avtomobillərdə. Təəssüflər olsun ki, konfrans zamanı Sony şirkəti bu elektromobilin nəticədə irimiqyaslı istehsalat mərhələsinə keçib-keçməyəcəyi və keçəcəyi halında hansı qiymətə satılacağı barəsində bir məlumat verməyib. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi və OPPO özlərinin 5G prosessorları..


Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təq..

Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib...


Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin keçirtmiş olduğu irimiqyaslı təqdimat tədbiri çərçivəs..


SpaceX-in Crew Dragon kosmik aparatı avtopilot sistemindən uğurla istifadə edib ..

NASA agentliyi SpaceX-in kosmik aparatının tam avtonom rejimdə BKS (Beynəlxalq Kosmik Stansiya) modu..


Starlink peyk internetinin sürəti 2 dəfə yüksəlib

SpaceX-in Starlink peyk internetinin istifadəçiləri məlumatların ötürülmə sürətinin artdığını bildir..


Mühəndislər 5G vasitəsilə havadan elektrik enerjisi yığan xüsusi cihaz hazırlayı..

Corciya Texnologiya İnstitutunun mühəndisləri 5G şəbəkəsinin əsasında naqilsiz şarj texnologiyasını ..

×